Rusiya ilə Qərbin soyuq müharibəsinin GİZLİ MƏQAMLARI 

Bir neçə müddətdir ki, Rusiya ilə Qərb dünyası arasında diplomatik qalmaqalların arası kəsilmir. ABŞ-dan yeni sanksiyalar, Ukrayna ilə ərazi iddiaları,  Çexiya ilə diplomatik skandal. Çexiya tərəfindən Rusiyanın 28 diplomatına qoyulan “persona non-qrata” elan etməsi məsələsi isə ciddiliyini qormağa davam edir. Bəzi ekspertlərin fikrincə, ortada  Rusiya ilə Qərbin savaşı gedir, yaradılan şərait isə başladılan soyuq müharibəni daha da alovlandırır. 

Politoloq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlamasında bildirib ki, bunun əsas səbəblərindən biri Rusiyanın imperiya ambisiyalarından hələ də əl çəkə bilməməsindən irəli gəlir.  

“Hazırda Rusiya yeni sahələri ələ keçirmək istəyir. İndi onun məsələsi təkcə Krımla yekunlaşmır, onun iştahında Donetsk, Luqansk da var. O, Ukraynanın cənubundan da torpaqlar zəbt etmək istəyir ki, Krımla həm də quru sərhədi yaransın”.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Şərqi Avropa “diplomatlar” savaşı


Rusiya və Çexiya arasında yaşanan diplomatik qalmaqaldan danışan C.Nuriyev bunun çox təhlükəli tendensiya olduğunu vurğulayıb:

“Hazırda Rusiyanın Çexiya ilə diplomatik qalmaqal yaşaması heç də xırda məsələ deyil. Artıq Çexiya rusiyalı 28 diplomatı terrorizmdə ittiham edir. Nəzərə alsaq ki, məsələ bununla bitməyəcək, qarşıda hələ iki dövlət arasında daha böyük problemlər yaşanacağı da qaçılmazdır. Çexiya illər əvvəl Rusiyanın ona qarşı törətdiyi vəhşiliyi unutmur. Bildiyiniz kimi 1968-ci ildə “Praqa baharı”nın sovet qoşunları tərəfindən əzilməsi bir çox çex üçün ağrılı təcrübə olub. Nə qədər insan tələf oldu.

Bu çexlərin qan yaddaşında qalıb. Çexiyada rus diplomatlarına  “persona non-qrata” elan etməsi rus diplomatiyasının Çexiyada iflasa uğraması deməkdir. Rusiya özünü məhvə aparır”. 


Siyasi şərhçi Qərbin Rusiyanı sıxışdırma səbəblərindən də söz açıb. O bildirib ki, məsələnin əsas səbəblərindən biri də Rusiyanın resursları ilə bağlıdır. Çünki hazırda Rusiya dünya resurslarının 21 %-nə nəzarət edir, bu, çox böyük bir rəqəmdir. 

“Pandemiyadan sonra iqtisadi cəhətdən dünyada yaranan problemləri aradan qaldırmaq üçün ən rahat yol dünyada iqtisadi resursları ələ keçirməkdir. Bildiyimiz kimi, dünyada iqtisadi resursları əldə etmək üçün 3 model var. Birincisi, Avropa modelidir ki, orada resurs az olduğu üçün onların bazarının əsas prinsipi resursları qorumaq və qənaətlə istifadə etməkdir. İkinci Yapon modelində isə əsas prinsip idxal və ixracdır, çünki Yaponiyanın heç bir resursu yoxdur.  Sonuncu isə ABŞ modelidir. Baxmayaraq ki, ABŞ 100-dən çox resursla dünyada birinci yerdədir, ancaq o da Rusiyadan arxada qalır.  Ona görə bu ölkələr Rusiyanın resurslarına sahib çıxmaq istəyirlər”.  

Politoloq Rusiya hakimiyyətinin siyasi səhvlərindən də danışıb. Onun sözlərinə görə, Rusiyanın sıxışdırılmasının səbəblərindən biri də ölkədə diskriminasiyanın getdikcə daha geniş vüsət almasıdır.  
 

“Avropada diskriminasiyaya çox ciddi yanaşılır. Rusiyada isə dinə, dilə, irqə, yaşa və.s diskrimanisya var. Bundan başqa hazırda Rusiyanın yeni SSRİ yaratmaq iddiası var.


Qərb isə çalışır ki, Rusiyaya təzyiqlər artsın. Çünki cəmi 400 illik dövlətçilik tarixi olan Rusiya, dünyaya dövlətçilik diktə etmək istəyir. Ancaq proseslər göstərir ki, Rusiyada məsələlər bu yöndə davam edərsə, ən azı o, bir dövlət kimi parçalanacaq”.

Sonda Cümşüd Nuriyev məsələnin daha da dərin köklərə və tarixi hadisələrlə bağlı olduğunu vurğulayıb. 

O, bu yaxınlarda ABŞ-da yerləşən “Stratfor” Araşdırmalar Mərkəzinin rəhbəri Corc Friedmanın Rusiyanı çökdürəcək 3 ölkənin adını yeni çapdan çıxan kitabında açıqladığını deyib:

“Bu Yaponiya, Polşa və Türkiyədir. Türkiyə hazırda Rusiyaya qarşı yumşaq siyasət yürüdür. Ancaq bunu Yaponiya və Polşa haqqında deyə bilmərik. Polşanın Rusiyaya qarşı düşmənçiliyi xüsusilə Ukrayna ilə bağlıdır, Yaponiya isə 1945-ci ildə ruslar tərəfindən işğal olunan Kuril adalarını hələ də geri ala bilmir”.

Sonda siyasi şərhçi bildirib ki, Rusiya Çin dövlətinin yavaş-yavaş onun ərazisini işğal etməyə başladığını görməməzlikdən gəlir:

“Çin hökümətinin yeni siyasi strategiyası Çin vətəndaşlarını Rusiyaya yerləşdirməkdir. Onsuz da Rusiyada kişi çatmırdı, ona görə rus qızları çinlilərlə evlənir və çinlilər qısa zaman ərzində vətəndaşlıq alırlar. Bu da tədricən işğala gətirib çıxaracaq. Rusiyanın başı isə başqa ambisiyalara qarışdığından bunu hələ də ciddiyə almır”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altay Göyüşova hökm OXUNDU

Altay Göyüşova hökm OXUNDU

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Kimlər sığınacağa qəbul OLUNMUR?

Kimlər sığınacağa qəbul OLUNMUR?

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

"Neynirəm səni, pulunu GÖNDƏR"

"Neynirəm səni, pulunu GÖNDƏR"

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

End of content

No more pages to load

RADİO