Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışında - YENİLƏNİB - FOTO


Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır.

Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır.

Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının (bundan sonra – Konsepsiya) hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

İşçi qrupun üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan İşçi qrup Konsepsiyanın layihəsi hazırlanarkən:

2.1. aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etsin;

2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Aidiyyəti dövlət orqanları (qurumları) Konsepsiyanın hazırlanmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altay Göyüşova hökm OXUNDU

Altay Göyüşova hökm OXUNDU

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Kimlər sığınacağa qəbul OLUNMUR?

Kimlər sığınacağa qəbul OLUNMUR?

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

"Neynirəm səni, pulunu GÖNDƏR"

"Neynirəm səni, pulunu GÖNDƏR"

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

End of content

No more pages to load

RADİO