Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”

“Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”.

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı strateji tapşırıqlar verilib. Hazırda iki ölkə arasında əlaqələr bu istiqamətdə hərtərəfli şəkildə inkişaf edir. Bütövlükdə, Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi, münasibətlərin daha da dərinləşdirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Prezidentin köməkçisi deyib:

“Səfər çərçivəsində Çindən olan həmkarlarımızla birlikdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, ilk növbədə siyasi məsləhətləşmələrin aparılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, eyni zamanda, “Orta Dəhliz” kontekstində əməkdaşlıq məsələləri müzakirə olundu. Orta Dəhliz hazırda beynəlxalq səviyyədə iqtisadi-ticari münasibətlərin inkişafında, daşımalarda öz əhəmiyyətini bir daha sübut edib. Çin tərəfindən də bu layihəyə böyük maraq var”.
Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Çin qlobal Cənubu təmsil edən, inkişaf etməkdə olan ölkələrdir. Çinin “yaşıl enerji” sahəsində böyük təcrübəsi var. Pekində keçirilən görüşlərdə bu məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Prezident Administrasiyasının rəsmisi beynəlxalq təşkilatlar çərçivəsində yaxın əlaqələri olan Azərbaycanın və Çinin bir-birinin mövqeyini dəstəklədiyini deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Zelenski Suriyaya getdi

Zelenski Suriyaya getdi

İranda iki etirazçı edam edildi

İranda iki etirazçı edam edildi

Həmin qız uşaq evinə yerləşdiriləcək

Həmin qız uşaq evinə yerləşdiriləcək

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

27 yaşlı gənci sel necə aparıb?

27 yaşlı gənci sel necə aparıb?

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

İranda 37 gündür internet yoxdur

İranda 37 gündür internet yoxdur

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

End of content

No more pages to load

RADİO