Makronun şovinist SİYASƏTİ - Natəvanın heykəli qarşısında aciz qalan Fransa erməni terrorçusuna abidə UCALTDI 

Bir neçə gün əvvəl Fransanın Marsel şəhərində erməni terrorçusu, “Nemesis” hərəkatının yaradıcılarından Soğoman Taileryanın abidəsinin açılışı olub. Bununla da özünü dünyaya ədalət çarçısı kimi təqdim edən Fransa anti-islam, anti-türk siyasəti istiqamətində daha bir iyrəncliyə imza atıb.

Makronun bitib- tükənməyən erməni sevgisinin arxasında nə dayanır?
 

MÖVZU İLƏ BAĞLI:

Makron: “Rusiyanın qalib gəlməməsi üçün Ukraynaya qoşun yeridə bilərik” – VİDEO


Nəzərə alaq ki, hazırda Azərbaycan əleyhinə aparılan kampaniyanın başında  Fransa dayanır və bu kampaniya çərçivəsində azərbaycanlılara, eləcə də türklərə qarşı  nifrətin miqyası və forması günü-gündən genişlənir. Bir müddət əvvəl Azərbaycan şairi Xurşudbanu Natəvanın heykəlinə qarşı həyata keçirilən vandalizm aktı Fransa hökuməitinin irqi ayrı-seçkiliyə xüsusi önəm verməsinin göstəricisidir.

Deməli, demokratiya pərdəsi altında gizlənən bir cəmiyyətdə ciddi çatlar mövcuddur. Ermənistanı silahlandırmaqdan çəkinməyən  Fransanın regionda yenidən müharibə ocağını alovlandırmağa çalışması, Emmanuel Makronun bitib- tükənməyən erməni sevgisinin arxasında da Azərbaycana olan nifrət dayanır. Açıq-aşkar dini və irqi ayrı-seçkiliyi dəstəkləyən Fransanın erməni terrorçularına abidə ucaltması da Türkiyə və Azərbaycana qarşı düşmənçilik siyasətinin davam etdirilməsinə işarədir.  

Soğoman Taileryan kimdir?

20-ci  əsrin əvvələrində Türk diplomatlarına qarşı qanlı cinayətlər törədən biri də Soğoman Taileryandır.  O, 1921-ci il martın 15-də Berlində Tələt Paşanı qətlə yetirib. Taileryan həbs edilsə də, sonradan ona bəraət verilib. Terrorçunun abidəsinin açılışı, Tələt Paşanı qətlə yetirdiyi günə planlaşdırılması da təsadüfü deyil.

Terror təşkilatı olan “Nemesis”in yaradıcılarından birinin abidəsini ucaldan Fransa hökuməti  bununla yeni mesajlar verir. Rəsmi Paris bu iyrənc siyasəti ilə erməni terrorunu dəstəklədiyini açıq-aşkar ifadə edir. Əli yüzlərlə azərbaycanlıın və türkün qanına batan bir terrorçunun Fransada xüsusi əzizlənməsinin arxasında isə şovinist siyasət dayanır. 

Fransa nəyin sorağındadır?

Günaşırı Avropa təşkilatlarında Azərbaycan əleyhinə bəyanatlar qəbul etdirməyə çalışan Fransa terrorçuya heykəl qoymaqla yeni meajlar vermək istəyir. Bu hərəkəti ilə rəsmi Paris demək istəyir ki, təxribatlarını dayandırmayacaq. Əslində  Azərbaycanlı şairin heykəlini təhqir fonunda Fransanın terrorçuya abidə ucaltmasının başqa izahı da yoxdur. 

Görünən odur ki, Fransa başladığı çirkin oyunu davam etdirməkdə israrlıdır. Dəfələrlə BMT TŞ-da Azərbaycana qarşı qətnamə qəbul etdirməyə çalışan Fransanın əli hər yerdən üzüləndə bu cür cılız vasitələrdən istifadə etməyə cəhd edir. Təbii ki, məqsəd Azərbaycana qarşı çirkin planı gündəmdə saxlamaq və imkan düşən kimi onu yenidən həyata keçirməyə çalışmaqdır. Hələlik, bütün platformalarda iflasa uğrayan bu siyasət bir nəticə verməyincə rəsmi Paris fərqli mövqe nümayiş etdirir. Fransa kimi dünya gücünün bir abidə qarşısında aciz qalması Fransa cəmiyyətində deqradasiyanın getməsinə işarədir. 

Ermənistan müharibəyə sövq edilir…

Marseldə Taileryana abidə qoyulmasını millətçi erməni dəstələri böyük coşqu ilə ilə qarşılayıb. Ermənistanın əksər KİV-ləri abidənin açılış mərasiminə xüsusi yer ayırıb. Bu da onu göstərir ki, Fransa anti-Azərbaycan siyasətinin növbəti mərhələsinə qədəm qoyur. Bununla rəsmi Paris bir daha Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına qarşı çıxır. Eləcə də Ermənistanı Azərbaycana qarşı müharibəyə təşviq edir. 
Fransa  Azərbaycanın artan nüfuzundan narahatdır Ona görə də Fransa nəyin bahasına olursa-olsun ölkəmizin regionda güclənməsinin qarşısını almağa çalışır. Bunun üçün Fransa Ermənistandan alət kimi istifadə edir.

Ermənistan üzərindən regiona daxil olmaq və Cənubi Qafqazda möhkələnmək istəyən Fransanın bu planları hələlik bir nəticə verməsə də niyyətindən əl çəkmək fikrində də deyil.

Amma Fransanın xülyaları və yanlış  Cənubi Qafqaz siyasəti Ermənistanı bu gedişlə bir dövlət kimi tariixin arxivinə göndərə bilər.  Üstəlik, bu cür iyrənc və məkrli planlar Azərbaycanı qətiyyətli mövqeyindən döndərə bilməz. Çünki, Azərbaycanla zor dilində danışmağın zamanı çoxdan keçib.

Vəli Həsənov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Zelenski Suriyaya getdi

Zelenski Suriyaya getdi

İranda iki etirazçı edam edildi

İranda iki etirazçı edam edildi

Həmin qız uşaq evinə yerləşdiriləcək

Həmin qız uşaq evinə yerləşdiriləcək

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

27 yaşlı gənci sel necə aparıb?

27 yaşlı gənci sel necə aparıb?

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

İranda 37 gündür internet yoxdur

İranda 37 gündür internet yoxdur

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

End of content

No more pages to load

RADİO