XI Qlobal Bakı Forumu başa çatıb - FOTO/VİDEO

Martın 16-da XI Qlobal Bakı Forumu çərçivəsində sonuncu panel iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Forumun son panel iclası “Gənclər danışır, biz dinləyirik” mövzusuna həsr olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gənc lideri Assen Plevnelievin moderatorluğu ilə keçirilən tədbirdə gənclərin dünyadakı qlobal problemlərə və onların həllinə baxışları müzakirə edilib.

“McKinsey & Company” şirkətinin idarəçilik üzrə müşaviri Adelin Suvana ətraf mühitə həsr olunmuş layihəsi barədə forumun iştirakçılarına məlumat verib. Diqqətə çatdırıb ki, gənclərin səsi ucaldılmalıdır.

Çinin “Schwarzman Scholars” proqramının üzvü Çengkai Siye öz növbəsində bir milyard uşağın iqlim dəyişmələrinin təsirinə məruz qaldığını qeyd edib. Deyib ki, dünya bununla barışmamalıdır. Ümumi gərginliyin günbəgün artdığını bildirən Çengkai Siye bunun gənclərin də həyatına təsir göstərdiyini diqqətə çatdırıb.

“Qlobal Bakı Forumu çox gözəl tədbirdir və burada onlar öz səslərini eşitdirə bilər”, - deyən gənc lider əlavə edib ki, enerji əsaslı həyat tərzinin bərpaolunan enerji əsaslı həyat tərzi ilə əvəz olunması bəşəriyyət qarşısında yeni səhifəsinin açılmasına xidmət göstərəcək.

“Capitakk solutions” şirkətinin meneceri Manthan Şah gənclərin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarəçilərindən ruhlandıqlarını deyib. O bildirib:

“Azərbaycanın ev sahibliyi etdiyi bu Forumda biz artıq əməli addımlar barədə düşünməliyik. Bu cür konfranslar problemlərin çox qısa müddətdə həllinə yönəldilməli, iddialı layihələr reallaşdırılmalıdır. Məqsədlərin yerinə yetirilməsi ilə bağlı son tarixlər müəyyənləşdirilməlidir”. Nizami Gəncəvinin Azərbaycanın müdrik şəxsiyyətlərindən biri olduğunu vurğulayan Manthan Şah gənclərin onun sözlərindən ruhlanaraq gələcəyə inamla addımlamalı olduqlarını diqqətə çatdırıb.

Avstriya Xarici İşlər Nazirliyinin inteqrasiya üzrə səfiri Elnara Maria Abdalla enerji keçidi haqqında danışıb. O, bir çox ölkələrin təcrübəsindən faydalanmağının vacibliyini qeyd edib. Yaşıl enerjiyə keçidin Afrika, Asiya, Latın Amerikası üçün problem yaratdığını bildirib. Elnara Maria Abdalla Azərbaycanda keçiriləcək COP29-un böyük fürsətlər yaradacağını söyləyib.

İtaliyanın Trieste Universitetinin Beynəlxalq və diplomatik elmlər fakültəsinin məzunu Mitya Husu insanların və təbii proseslərin düzgün idarə edilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Bildirib ki, qlobal problem olan iqlim dəyişikliyi ilə bağlı islahatlar aparılmalı, onun öz təsirini daha çox göstərdiyi su ehtiyatları düzgün idarə edilməlidir. BMT-nin müəyyən etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmalıdır.

Çıxışlarda, həmçinin pandemiyadan və müxtəlif dövrlərdə yayılan epidemiyalardan çıxarılmalı dərslərin, səhiyyə sisteminin növbəti pandemiyaya qədər rəqəmsallaşdırılmasının önəmi vurğulanıb.

Müzakirələr zamanı gənclərin məşğulluğunun təmin olunması məsələsinə də toxunulub. Bildirilib ki, gənclərin işlə təmin olunma səviyyəsinin yetəri qədər olmadığına görə onlar pul qazanmaq üçün müxtəlif yollara əl atırlar. Bəzən isə belə gənclər radikal təşkilatların, terror qruplaşmalarının sıralarına cəlb olunurlar.

Bununla da “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatıb.
 











Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Azərbaycana Yeni il GƏLDİ

Azərbaycana Yeni il GƏLDİ

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

Alkoqollu içkinin AZI OLMUR

Alkoqollu içkinin AZI OLMUR

Sumqayıtda yanğın olub - VİDEO

Sumqayıtda yanğın olub - VİDEO

Vəziyyəti ağırlaşan Kadırov Moskvada xəstəxanaya yerləşdirildi

Vəziyyəti ağırlaşan Kadırov Moskvada xəstəxanaya yerləşdirildi

Mbappenin durumu müəyyənləşdi

Mbappenin durumu müəyyənləşdi

2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edildi - FOTO

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edildi - FOTO

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? - VİDEO

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? - VİDEO

End of content

No more pages to load

RADİO