Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB/FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan yaradan yeni ambulanslar barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensialı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir.
Avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib ki, bu da ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir.

Perinatal küvəzli təcili yardım avtomobilləri patoloji yenidoğulmuşların tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları məqsədilə müvafiq perinatal mərkəzlərə çatdırılması üçün nəzərdə tutulub.

Müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin daşınması üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobillərində xüsusi arakəsmələr quraşdırılıb.

Bütün avtomobillər qatlanıb açılan xərək, onurğa taxtası, boyun şinası və ilkin tibbi yardımın göstərilməsi üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. Ambulansların təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icrasına imkan verir. Nəqliyyat vasitələri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.

Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, avtomobillərin bölgüsü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarına əsasən aparılacaq

10:23

Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

Bu yolda sürət həddi endirildi – FOTO

Bu yolda sürət həddi endirildi – FOTO

Putin Paşinyandan bunu istədi – VİDEO

Putin Paşinyandan bunu istədi – VİDEO

End of content

No more pages to load

RADİO