Ceyhun Bayramov Hakan Fidanla görüşdü – YENİLƏNİB/FOTO 

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. 

XİN-dən Bizim.Media-ya bildirilib ki, nazirlər arasında keçirilən təkbətək görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir Ceyhun Bayramov qardaşlıq və dostluğa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müşahidə olunan dinamikanın, xüsusilə müttəfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib.

İkitərəfli müttəfiqlik münasibətlərinin regional, habelə beynəlxalq platformalar çərçivəsində özünü nümayiş etdirdiyi, qarşılıqlı dəstək və həmrəyliyimizi möhkəmləndirdiyi diqqətə çatdırılıb. 

Qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb.

Ölkəmizin mövcud çətinlik və çağırışlara baxmayaraq sülh prosesinin irəlilədilməsində qərarlı olduğu, münasibətlərin normallaşmasının öz növbəsində regional sülh və təhlükəsizliyə töhfə verəcəyinə dair inamlı olduğumuz diqqətə çatdırılıb. 

Nazir Ceyhun Bayramov həmçinin cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlərdən bəhs edərək, COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib. 

Nazir Hakan Fidan yüksək qonaqpərvərliyə, habelə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib.

Ölkəmizə COP29-a sədrliyi dövründə uğurlar arzu edən nazir Hakan Fidan, Türkiyənin COP29 çərçivəsində də hər zaman olduğu kimi qardaş Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacağını vurğulayıb. 
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 

*** 16:18

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan arasında görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz “X” hesabında paylaşım edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

Bu yolda sürət həddi endirildi – FOTO

Bu yolda sürət həddi endirildi – FOTO

Putin Paşinyandan bunu istədi – VİDEO

Putin Paşinyandan bunu istədi – VİDEO

End of content

No more pages to load

RADİO