Tokayevin Azərbaycana səfəri dünyanın DİQQƏT MƏRKƏZİNDƏ – Orta Dəhlizə maraq artır...

Məlum olduğu kimi, martın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri baş tutdu.

Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentləri arasında bir sıra Azərbaycan-Qazaxıstan sənədləri, yəni “Anlaşma Memorandumu”, “Protokol”, “Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş” imzalandı.

Avropa əsas diqqəti Azərbaycan-Qazaxıstan əlaqələrinə yönəltdi

Bu səfər artıq Avropanın da diqqətini cəlb edib. Belə ki, məşhur "EUReporter" nəşri bu səfərin bir sıra mühüm nəticələrlə yadda qaldığını yazıb.

Qeyd edilir ki, Qazaxıstan və Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşaqlarına çevrilirlər:

“Hər iki ölkədən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) əhəmiyyətli potensiala malikdir. “Yeni İpək Yolu” ideyası Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropa İttifaqına malların çatdırılmasını ehtiva edir. Ekspertlərin hesablamalarına görə, Orta Dəhliz üzrə daşımaların həcmi 86 faiz artaraq 2,8 milyon tona çatıb. Bu, 2021-ci ilin məlumatları (586 min ton) ilə müqayisədə əhəmiyyətli şəkildə çoxdur”.

Məqalənin sonunda vurğulanır ki, uzunmüddətli perspektivdə Qazaxıstan Mərkəzi Asiyada əsas tranzit ərazi statusuna malik olacaq:

“Bakı və Astana arasında ikitərəfli əlaqələr nəqliyyat sahəsi üzrə perspektivli əməkdaşlıq formatı, eləcə də türk dövlətlərinin siyasi birliyi amili nəzərə alınmaqla strateji xarakter alır. Brüssel Mərkəzi Asiyada geosiyasi mövqeyini saxlamaq istəyirsə, Avropa İttifaqı Orta Dəhlizdə investisiyaları daha qəti şəkildə artırmalıdır”.

Çindən Avropaya məsafə 7 min kilometrə qədər qısalır

Qeyd edək ki, Çin sərhəddindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirir. Bu da hazırda regionda çox mühüm geosiyasi şəraitin yaranmasına səbəb olub.

Həm Avropa, həm Azərbaycan, həm də Qazaxıstan bu şəraiti açıq şəkildə görürlər və Orta Dəhlizin mühüm əhəmiyyət kəsb etdiyini anlayırlar. Ona görə ki, Avropa və Asiya arasında ən qısa və rahat marşrutdur və Çindən Avropaya bu xətlə məsafə 7 min kilometrə qədər qısalacaq.

Hazırda Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi təxminən 600 milyard dollara yaxındır. Bu da Orta Dəhliz üçün əsas üstünlüklər yaradır. Bu baxımdan da iştirakçı dövlətlərin hamısı dəhlizin funksionallığının artırılması üçün güclü siyasi iradə ortaya qoyublar.

Prezident Tokayevin son səfəri də göstərdi ki, Azərbaycanla Qazaxıstan Orta Dəhlizin inkişafında maraqlıdırlar.

Prezident Tokayevin bu səfəri Avropada ciddi rezonans yaratdı

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərinin beynəlxalq miqyasda da ciddi rezonans doğurduğunu bildirib.

Onun sözlərinə görə, “EUReporter” nəşrinin də məhz bu məsələləri diqqətdə saxlaması təsadüfi deyil:

“Çünki, Azərbaycan Şərq-Qərb enerji və nəqliyyat magistralının əsas nöqtələrindən biri olan Mərkəzi Asiya tranzitində mövqelərini gücləndirir. Avropa ölkələri hər iki ölkədən keçən Orta Dəhlizin əhəmiyyətli potensialını yaxşı bilir və ona görə də bu mövzu həssaslıq doğurur.

Nəşrin qeyd etdiyi kimi, “Yeni İpək Yolu” ideyası Azərbaycanın Orta Dəhlizdə möhkəmlənməsinə kömək edəcək. Ona görə ki, Bakı və Astana arasında ikitərəfli əlaqələr nəqliyyat sahəsi üzrə perspektivli əməkdaşlıq formatı, eləcə də türk dövlətlərinin siyasi birliyi amili nəzərə alınmaqla strateji xarakter alır”.

Hər iki ölkə üçün yeni zəmin yaranıb

K.J.Tokayevin son səfərinə gəlincə, müsahibimiz bunun iki ölkə arasında əlaqələrin inkişafı üçün yeni zəmin yaratdığını bildirib:

“Əsas da siyasi, iqtisadi, sosial və digər sahələrdə əməkdaşlığa dərin töhfə verəcək. İki qardaş ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir və imzalanmış sənədlər qarşılıqlı fəaliyyəti gələcəkdə daha da möhkəmləndirəcək".

O, hər iki ölkənin bəzi beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini və bir-birinə qarşılıqlı dəstək verdiyini diqqətə çatdırıb:

 “Bu əməkdaşlıq Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində xüsusi əhəmiyyət daşıyır. Əsasən də Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın müəllifi olduğu strateji layihə Bakı-Tbilisi-Ceyhan da Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir”.

Rövşən Ziya, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

End of content

No more pages to load

RADİO