İlham Əliyev: “Azərbaycan vahid Çin siyasətini, ölkənin ərazi bütövlüyünü daim dəstəkləyib”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

Bizim.Media xəbər verir ki, Vu Honqbo İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, Çin Prezidenti Si Cinpinin bu münasibətlə dövlətimizin başçısına təbrik məktubu göndərdiyini xatırlayıb və Çin Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.

O, həmçinin COP29-un Azərbaycanda keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə və Çin Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.

Qonaq Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə çox ciddi nailiyyətlər əldə etdiyini vurğulayıb.

Vu Honqbo qeyd edib ki, 2022-ci ildə Azərbaycan və Çin prezidentləri arasında Səmərqənddə keçirilmiş görüş əlaqələrimizin inkişafına böyük təkan verib və bundan sonra münasibətlərimizdə yeni nailiyyətlər əldə edilib. Qonaq bu gün Azərbaycan-Çin münasibətlərinin tarixdə ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Dövlətimizin başçısı Çin Prezidenti ilə Səmərqənddə keçirilmiş görüşü məmnunluqla xatırlayıb və həmin görüş əsnasında müzakirə olunan məsələlərin irəli aparılması istiqamətində hər iki tərəfin ciddi səylər göstərdiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğulayıb.

Dövlətimizin başçısı COP çərçivəsində də ölkəmizin Çin ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib, Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu deyib. 

Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirib.

Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini və Tayvanın müstəqilliyini tanımadığını, orada keçirilən seçkiləri qəti şəkildə pislədiyini vurğulayıb.

Vu Honqbo Azərbaycan ilə Çin arasında əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyib. Qonaq “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığını və Orta Dəhlizin ölkəsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Dövlətimizin başçısı Orta Dəhlizin mühüm strateji əhəmiyyətə malik olduğunu və Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini qeyd edib, Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə müəssisə yaratdığını bildirib.
Bu xüsusda ölkəmizin Çinlə də əməkdaşlığa hazır olduğunu qeyd edərək, Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı Çindən olan yük qatarının Bakıda qəbul edilməsinin mühüm məqam olduğunu vurğulayıb və bunu Orta Dəhlizin nəqliyyat potensialının nümayişi kimi qiymətləndirib.

Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XI Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı, bu çərçivədə də mühüm müzakirələrin aparılacağını qeyd edib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Çinin qarşılıqlı dəstəyi və bu xüsusda əməkdaşlıq, həmçinin ölkələrimiz arasında mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

End of content

No more pages to load

RADİO