Azərbaycanlı politoloqdan Şoyquya SUAL - “Rusiya BMT-yə müraciətini rəsmi Bakı ilə razılaşdırıbmı?”

Pandemiya ilə əlaqədar beynəlxalq konfranslar və liderlərin kütləvi görüşləri adətən onlayn fotmatda keçirilir. Sankt-Peterburqda isə iki canlı tədbiri birdən keçiriblər. Müstəqil Dövlət Birliyinə üzv olan dövlətlərin parlament sədrləri Sankt-Peterbuqrda əvvəlcə “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər.

"Terrorizm və şiddətli ekstremizm” mövzusunda beynəlxalq konfrans, daha sonra parlament sədrlərinin iştirakı ilə MDB Parlamentlərarası Assambleyasının plenar iclası keçirilib. Bu toplantılara nə ehtiyac var idi? Hər iki toplantını onlayn formatda keçirmək mümkün olmazdımı?
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur üzərindən planlaşdırılan dəmiryolu ilə bağlı təxribat olarsa müharibə başlayacaq - Politoloq


"Rusiyada yoluxma sayı da azalmayıb ki, deyəsən ki, canlı ünsiyyət şəklində iki konfransın keçirilməsinə ehtiyac var idi. Onsuz da Müstəqil Dövlətlər Birliyi bir işə yaramır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. O, deyib kİ, Kremlin qərarı belə olub ki, MDB parlament sədrləri mütləq Sankt-Peterburqda toplanmalı və əməkdaşlıqdan danışılmalıdır:

“Halbuki, yenicə müharibədən çıxan iki ölkə - Azərbaycanın və Ermənistanın parlament sədrləri çıxışlarında öz arqumentlərini səsləndiriblər. Ermənistanın parlament sədri “əsirlərdən”, Azərbaycanın parlament sədri isə minalanmış ərazilərin xəritəsinin təhvil verilməməsindən danışıb”. 

Politoloq Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamasına diqqəti çəkib:

“Şoyqu deyib ki, BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib. “Ora (işğaldan azad olunan ərazilər nəzərdə tutulur) tamamilə minalanıb. Ora əhali qayıda bilmir. Kimsə qayıdıb? Hələ ki, heç kim”, - rusiyalı nazir qeyd edib.
 

Birincisi, Rusiya BMT-yə müraciətini rəsmi Bakı ilə razılaşdırıbmı? Çünki söhbət Azərbaycan ərazilərindən gedir. İkincisi, Şoyqu minalanmış ərazilərlə bağlı xəritələri erməni həmkarından istəyibmi?


Axı Şoyqu da hamıdan yaxşı bilir ki, Qarabağda minaları kimlər basdırıb. Yox, əgər Şoyqu düşünürə ki,( inandırıcı olmasa da) minalanmış ərazilərin xəritəsi yoxdur, buna da aydınlıq gətirməsinə ehtiyac var”. 

Politoloq vurğulayb ki, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko MDB Parlamentlərarası Assambleyasının plenar iclasında belə bir cümlə işlədib:

“Biz Azərbaycan prezidentinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırmağa yönəlmiş təşəbbüsünü hərarətlə alqışlayırıq”. 
 

Azərbaycan prezidenti harda deyib ki, iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılmalıdır? Rusiyanın baş qərargah rəisi erməni həmkarını bugünlərdə qəbul edərkən Rusiyanın Cənubi Qafqazda strateji müttəfiqinin Ermənistan olduğunu gur səslə bildirib.


Azərbaycan prezidenti isə Rusiyaya müraciət edərək bunları deyib: “Ermənistan ordusunu kimə qarşı modernləşdirirsiniz?”, “İsgəndər raketləriylə bağlı Sizdən izahat gözləyirik”. Kreml bu sualları cavabsız qoyarkən Rusiya ilə hansı müttəfiqlik münasibətlərindən danışmaq olar?”

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altay Göyüşova hökm OXUNDU

Altay Göyüşova hökm OXUNDU

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Kimlər sığınacağa qəbul OLUNMUR?

Kimlər sığınacağa qəbul OLUNMUR?

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

"Neynirəm səni, pulunu GÖNDƏR"

"Neynirəm səni, pulunu GÖNDƏR"

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

End of content

No more pages to load

RADİO