Tokayev: Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucularıdır

Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucularıdır.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə Azərbaycan mətbuatına müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tokayev Azərbaycan mətbuatına müsahibə verdi: “Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək”


"Qurumun yaradılması təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülüb və müqavilənin özü qədim Azərbaycan torpağında imzalanıb. Həmin andan demək olar ki, on beş il ötüb və indiyə qədər bizim ümumi təşkilatımız institusionallaşma yolunda uzun məsafə qət edib. Bundan əlavə, TDT beynəlxalq arenada tanınmış və hörmətli aktora çevrilir.

Türk Dövlətləri Təşkilatının tarixi missiyasını zaman Azərbaycan Lideri ilə razılaşmamaq çətindir. Həqiqətən də bu inteqrasiya birliyinin rolunu dəyərləndirmək çətindir. Nisbətən qısa bir tarixi dövr ərzində dövlətlərimizin əməkdaşlığı özünün həyat qabiliyyətini nümayiş etdirərək Türk dünyasının konturlarını yeni geosiyasi reallıq kimi müəyyən edib.
Obrazlı şəkildə desək, bizim vəzifəmiz güclü genlərə malik bu cücərtini davamlı olaraq inkişaf etdirməkdir. TDT-nin potensialı olduqca böyükdür. Sadəcə, bəzi rəqəmlərə nəzər salaq: TDT-yə üzv olan ölkələrin ümumi ərazisi təxminən 4,5 milyon kvadratkilometrdir, ümumi daxili məhsulun həcmi (ÜDM) 1,5 trilyon dollardan çoxdur, əhalisi 160 milyon nəfərdən artıqdır. TDT çərçivəsində ticarət dövriyyəsi 42,3 milyard dollara çatıb, Türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi isə 1,3 trilyon dollara yaxındır. Təşkilatın bütün ölkələri dünya iqtisadi proseslərinə inamla daxil olub, əsas beynəlxalq təşkilatlarda təmsil olunur və aktiv fəaliyyət göstərirlər. Hesab edirəm ki, bu, TDT çərçivəsində inteqrasiya proseslərinin daha da uğurlu inkişafı üçün kifayətdir. Türk dövlətlərinin tranzit-nəqliyyat əlaqələri, iqtisadiyyat, ekologiya, elm, təhsil, incəsənət, turizm, idmandan tutmuş ortaq tariximizin indiyədək naməlum səhifələrinin araşdırılmasına qədər geniş spektrli məsələlər üzrə əməkdaşlığı inkişaf etdirməyə qərarlı olması gələcəyə inam yaradır. Bu baxımdan TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi TDT ailəsinə daxil olan digər təşkilatların əməyini qeyd etməyə bilmərəm. Onlar təkcə humanitar və maarifləndirici missiya yerinə yetirmir, həmçinin xalqlarımızın həyatına böyük mənəvi güc verirlər. Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) qanunların təsis edilməsi və parlament diplomatiyasının inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparıldığı, qabaqcıl ideyaların toplandığı nüfuzlu beynəlxalq qurumdur. Nisbətən yaxın dövrdə yaradılmış Türk İnvestisiya Fondu regiondaxili ticarətin, kiçik və orta sahibkarlığın inkişafına kömək etməyə vəsaitlərin cəlb olunması, habelə beynəlxalq maliyyə institutları ilə birgə layihələrin həyata keçirilməsi üçün yüksək effektiv platforma yaratmaq üçün nəzərdə tutulub. Qazaxıstanla Azərbaycan arasında TDT çərçivəsində əməkdaşlıqdan danışarkən Təşkilatın institusional inkişafına yanaşmalarımızın ahəngliyinə diqqəti çəkmək istərdim. Ölkələrimiz türkyönümlü altı beynəlxalq təşkilatın hamısının iştirakçısıdır və bu, TDT-nin inteqrasiyasının inkişaf vektorunu Astana ilə Bakının eyni şəkildə görməsinin ən bariz nümunəsidir. Qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq üçün Azərbaycan idmançılarını cari il sentyabrın 8-14-də Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarında iştirak etməyə dəvət edirik", - Tokayev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-dən gözlənilməz PEYVƏND QƏRARI – Azərbaycanda da tətbiq olunacaq?

ABŞ-dən gözlənilməz PEYVƏND QƏRARI – Azərbaycanda da tətbiq olunacaq?

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü – FOTO

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü – FOTO

Qazaxda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var

Qazaxda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var

Bu gün Premyer Liqada "Karvan-Yevlax" - "Neftçi" və "Zirə" - "İmişli" oyunları keçiriləcək

Bu gün Premyer Liqada "Karvan-Yevlax" - "Neftçi" və "Zirə" - "İmişli" oyunları keçiriləcək

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI

“Sevgi fəvvarəsi” pullu OLACAQ

“Sevgi fəvvarəsi” pullu OLACAQ

Şəki sakini Bakıda faciəli şəkildə vəfat etdi – FOTO

Şəki sakini Bakıda faciəli şəkildə vəfat etdi – FOTO

“Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

“Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

GÜNÜN HAVASI: 10 dərəcə şaxta, duman...

GÜNÜN HAVASI: 10 dərəcə şaxta, duman...

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Röya mənim balaca bacımdır"

"Röya mənim balaca bacımdır"

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

4 penalti dəf edən qapıçının qolu SINDI

4 penalti dəf edən qapıçının qolu SINDI

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

End of content

No more pages to load

RADİO