Azərbaycan Putin layihəsi olan birliyə qoşulur? - Politoloqdan şok açıqlamalar

Rusiya mediası Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsinə diqqəti artırıb; Cümşüd Nuriyev: “Rusiya Hərbi Qənimətlər Parkının açılışını ”həzm edə" bilmir...”

Erməniləri yenidən dirçəltməyə və onların təəssübünü çəkməyə çalışan Qərb dünyası incə bir məsələdə səhvə yol verir: söhbət Azərbaycanın Putinin layihəsi sayılan Avrasiya İqtisadi Birliyinə üzvlüyə təhrik edilməsindən gedir.

Bizim.Media "Yeni Müsavat" istinadla xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun da Bakıya bu niyyətlə təşrif buyurduğunu, xahişə gəldiyini güman etmək olar.

Təhlilçilərin fikrincə, o, Belarusun və Ermənistanın üzvü olduğu Avrasiya İqtisadi Birliyinə Azərbaycanın da qoşulması üçün elçi gəlmişdi. Rusiya postsovet məkanında öz orbitini genişləndirmək üçün bu addımları atır. Lakin Bakı bu birliyə üzv olmağa həvəsli görünmür.

Rusiya KİV-lərində də son vaxtlar Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulacağı barədə yazılar artıb. Son olaraq Gazeta.ru bu haqda yazıb.

Bildirilir ki, ilkin mərhələdə bu, təşkilat yanında müşahidəçi statusundan ibarət ola bilər. Həmçinin Ermənistanın razılığının tələb olunduğu deyilir. Məlumatlara əsasən, aprelin 29-30-da qurumun Kazanda keçiriləcək Hökumətlərarası Şurasının toplantısında məsələyə baxılacaq.

Amma Azərbaycana Putin layihələrində təmsilçiliyi lazımdırmı və hansı üstünlük gətirə bilər? “İsgəndər M” təxribatı ilə bağlı hələ də bizə cavab verməyən Moskvanın bunun ardınca ölkəmizin AİB-ə üzvlüyünü istəməsi mümkündürmü? Həmçinin “Rus NATO-su” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağımızla bağlı Kremlin arzuları var. Sadəcə, Azərbaycan Qoşulmama Hərəkatında olduğu üçün heç bir hərbi alyansa - nə NATO, nə KTMT-yə qoşulur.

Ermənistanı, Belarusu, Qazaxıstanı bu quruma çoxdan üzv etmiş  Rusiya postsovet məkanında strateji cəhətdən Azərbaycanı tamamilə əldə etmək üçün dəridən-qabıqdan çıxır.

Artıq ilk böyük istəyinə çatıb, Qarabağda rus ordusu yerləşib, indi növbə hədəf AİB-ə qoşmaqdır. Bakı isə Qərblə enerji əməkdaşlığını genişləndirməyi, ticari əlaqələri artırmağı düşünür, Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı yeni bir sənəd üzərində işləyir, əvəzində isə Bayden hökuməti bir dəfə belə Bakıya zəng etmir (Dövlət katibi Paşinyanla telefonla danışıb - E.S.), Putin administrasiyasına qol-qanad verir.

Bəs Azərbaycanın AİB-ə qoşulacağı iddiaları nə qədər həqiqətdir? Rus mətbuatı nə üçün məsələyə geniş yer ayırır?

Onu da deyək ki, hər nə qədər Avrasiya İttifaqı iqtisadi baxımdan səmərəsiz və əsasən Rusiyanın imperial ambisiyalarının təmin olunması üzərində qurulmuş birlik hesab olunsa da, ittifaqa qoşulma üzv ölkələr üçün az da olsa, iqtisadi üstünlüklər vəd edir. Məsələn, üzv ölkələr arasında gömrük rüsumlarının ləğvi, yaxud sadələşdirilməsi iqtisadi böhran şəraitində postsovet respublikalarının ixrac mallarını Rusiya kimi nəhəng bazara maneəsiz şəkildə çıxarmasına şərait yaradır.

Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, bu məsələdə ilk növbədə Jirinovskinin çıxışına daha çox fikir vermək lazımdır:

“Jirinovski təhlükəsizllik orqanlarının, xüsusən baş kəşfiyyat idarəsinin generalıdır, Putinin bir neçə sözçüsündən biridir. O həm Turan məsələsinə toxundu, həm də Türkiyənin Liviyada, Ukraynada, Qarabağda Rusiyaya mane olduğunu gizlətmədi. Ona görə Turan məsələsinin gündəmə gətirilməsi, Prezident İlham Əliyevin ”Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə İrəvana qayıtmayaq" deməsi sıradan sözlər deyildi.

Birincisi, Azərbaycan bu yolla siyasi təzyiqləri zərərsizləşdirməkdədir. Digər tərəfdən isə söhbət yayırlar ki, guya İlham Əliyev gizli danışıqlara gedir və Avrasiya İqtisadi Birliyinə qoşulur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya Kubokunda Azərbaycanı bu gimnastlar TƏMSİL EDƏCƏK – ADLAR

Dünya Kubokunda Azərbaycanı bu gimnastlar TƏMSİL EDƏCƏK – ADLAR

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik etdi

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik etdi

Altay Göyüşova hökm OXUNDU

Altay Göyüşova hökm OXUNDU

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Kimlər sığınacağa qəbul OLUNMUR?

Kimlər sığınacağa qəbul OLUNMUR?

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

"Neynirəm səni, pulunu GÖNDƏR"

"Neynirəm səni, pulunu GÖNDƏR"

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

End of content

No more pages to load

RADİO