Partiyalar parlament seçkilərinə HAZIRLAŞIR? – SORĞU 

Prezident seçkilərinin ardınca bu ilin payızında Azərbaycanda parlament seçkilərinin keçirilməsi gözlənilir. Bu fonda parlamentdə təmsil olunmağı hədəfləyən siyasi partiyaların artıq lazımi tədbirlərə start verməsi zəruri görünür.  

Görəsən, partiyaların bu yöndə hazırlıqları hansı səviyyədədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ümid partiyasının mərkəzi aparatının rəhbəri Taleh Əliyev hesab edir ki, təmsil etdiyi təşkilatın seçki strategiyası haqqında indilikdə geniş açıqlama vermək hələlik tezdir: 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkəmizdə parlament seçkiləri nə vaxt KEÇİRİLƏCƏK? 


“Ölkə qanunvericisinə görə növbəti parlament seçkiləri vaxtında keçirilərsə, proses 2025-ci ilin fevralın 9-da, yaxud həmin ilin noyabrın 3-nə deyil, məhz 2024-cü ilin noyabrın 3-də keçirilməlidir. Son zamanlar bu istiqamətdə müxtəlif fikirlər səslənir. Ümid Partiyası olaraq partiya strukturlarının seçkilərə hazırlığı istiqamətində xeyli müddətdir iş aparırıq. Seçki prosesilə bağlı ölkədə başqa gözləntilər də var. Referendum keçirilməsi söhbəti də mövcuddur. 

Deputat sayının artırılması, proporsional seçki sisteminin bərpası, yerli idarəetmə orqanı olaraq icra hakimiyyətlərinin ləğvi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi məsələləri də gündəmdədir. Bu səbəbdən istər parlament, istərsə də ilin sonuna gözlənilən bələdiyyə seçkilərilə bağlı partiyamızın seçki strategiyası haqqında hələlik geniş açıqlama verməyi doğru hesab etmirik. 

Lakin bununla belə istər partiyanın seçki platformalarının hazırlanması, əsas tezislərinin müəyyənləşdirilməsi, istərsə də parlament və bələdiyyə seçkilərinə namizədlərimizin ilkin siyahısının müəyyənləşdirilməsi istiqamətində ciddi hazırlıq işləri gedir”. 

ReAL artıq seçki qərargahını yaradıb

ReAL partiyasının icra katibi Natiq Cəfərli isə bildirir ki, təmsil olunduğu siyasi təşkilat parlament seçkilərinə hazırlıqla bağlı yanvarın əvvəlindən seçki qərargahı təsis edən ilk partiyadır: 

“Partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov seçki qərargahının rəhbəridir. Burada müxtəlif məsələlərin həlli üçün artıq planlar qurulur, fəaliyyət istiqamətləri müəyyənləşir. Bir sözlə, seçkiyə indidən hazırlığımızı görürük”.

BAP çoxsaylı namizədlərlə seçkiyə qatılacaq

Böyük Azərbaycan Partiyası Elşad Musayev isə iddia edir ki, qarşıdan gələn parlament seçkilərinə çoxsaylı namizdələrlə qatılacaqlar:

“Qarşıda bələdiyyə və parlament seçkiləri gözlənilir. Parlament seçkilərinin payızda, yaxud da gələn ilin fevralında olacağı da söylənilir. Ona görə də hazırlaşırıq. Seçki dairələrini müəyyənləşdirir, namizədlərimizlə danışıqlar aparırıq. Bu parlament seçkilərinə çalışacağıq ki, çoxsaylı namizədlərlə qatılaq”.  

AMİP də seçki qərargahı yaradır...

AMİP sədri Arzuxan Əlizadə qeyd edir ki, seçki qərargahının yaradılması barədə qərar veriblər:

“AMİP-də seçkilərə hazırlıq mütəmadi olaraq həyata keçirilir. Ötən həftə partiyanın Siyasi Şurasının iclası oldu və burada seçki qərargahının yaradılması barədə qərar verildi. Qərargahın tərkibi də artıq müəyyənləşib. Üzümüzə gələn həftənin istirahət günləri isə partiyanın Ali Məclisinin çağırılması gözlənilir. Yuxarıda qeyd etdiyim məsələlər Ali Məclisin iclasında təsdiqlənəcək. Partiya tam gücü ilə seçkilərə köklənib”.  

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Acunu tənqid atəşinə tutub, Azərbaycana təşəkkür etdilər - VİDEO

Acunu tənqid atəşinə tutub, Azərbaycana təşəkkür etdilər - VİDEO

Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

Elvin ona hədiyyə göndərdi, süni intellektdir deyib inanmadı – VİDEO

Elvin ona hədiyyə göndərdi, süni intellektdir deyib inanmadı – VİDEO

Paşinyanın Rusiyadan təhlükəsiz qayıtması ilə bağlı Aleksanyandan AÇIQLAMA – EKSKLÜZİV

Paşinyanın Rusiyadan təhlükəsiz qayıtması ilə bağlı Aleksanyandan AÇIQLAMA – EKSKLÜZİV

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi bəlli oldu – FOTO/VİDEO

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi bəlli oldu – FOTO/VİDEO

18 yaşlı oğlu tərəfindən bıçaqlanan ata-ananın SON DURUMU açıqlandı

18 yaşlı oğlu tərəfindən bıçaqlanan ata-ananın SON DURUMU açıqlandı

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

İlham Əliyev Türkiyənin Vitse-prezidenti ilə GÖRÜŞDÜ - FOTO

İlham Əliyev Türkiyənin Vitse-prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Britaniya Hörmüz boğazına görə 30 ölkəni toplayır

Britaniya Hörmüz boğazına görə 30 ölkəni toplayır

Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlı SON VƏZİYYƏT – VİDEO

Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlı SON VƏZİYYƏT – VİDEO

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Abas Miskərliyə yüksək vəzifə verildi

Abas Miskərliyə yüksək vəzifə verildi

Avtobus qəza törədərsə... – Sərnişinlərə sığorta ödənişi bu qaydada EDİLƏCƏK

Avtobus qəza törədərsə... – Sərnişinlərə sığorta ödənişi bu qaydada EDİLƏCƏK

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın

Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın

Cevdet Yılmaz: "Azərbaycanla Ermənistan arasında davamlı sülh təmin olunmalıdır"

Cevdet Yılmaz: "Azərbaycanla Ermənistan arasında davamlı sülh təmin olunmalıdır"

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

TDT ölkələrinin hökumət başçıları İlham Əliyevin qəbulunda – FOTO

TDT ölkələrinin hökumət başçıları İlham Əliyevin qəbulunda – FOTO

Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən yıxılaraq HƏYATINI İTİRDİ

Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən yıxılaraq HƏYATINI İTİRDİ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Əli Əsədov: "Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir"

Əli Əsədov: "Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir"

“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb

“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb

End of content

No more pages to load

RADİO