Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür etdi

Hər il olduğu kimi, bu il də Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu Forumun memarı yalnız mən deyiləm. Türkiyənin xarici işlər naziri vəzisini icra etdiyim dövrdə belə bir platformanı yaratmaq istədik. Prezident Rəcəb Tayyib Ərdoğanın da böyük dəstəyini aldıqdan sonra bu yola çıxdıq. Hər zaman olduğu kimi, bununla bağlı da çox sayda dost və qardaş ölkənin dəstəyini aldıq. Bunların başında da can Azərbaycan oldu.

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu ifadə edib.

İlk gündən Antalya Diplomatiya Forumuna Azərbaycandan çoxsaylı iştirakçının qatıldığını qeyd edən deputat bildirib: “Bu il də başda qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olmaqla bir sıra dövlət rəsmiləri iştirak etdilər. Hər zaman, yaxşı gündə də, çətin gündə də can Azərbaycanın, qardaşlarımızın dəstəyini görmək bizə güc verir. Bunun üçün çox təşəkkür edirik”.

Forumun üçüncü ilində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı panel iclas haqqında danışan sabiq nazir bildirib ki, hazırda bu təşkilat bütün dünyanın marağını özünə cəlb edir. Dünya TDT-nin fəaliyyəti, gələcək planları ilə maraqlanır.

“Azərbaycan Prezidenti İlham Əliyev inauqurasiya mərasimindəki çıxışında TDT-yə və Türk dünyasının birliyinə xüsusi vurğu etdi. Azərbaycan Prezidentinin bütün Türk dünyası və Türkiyənin də məmnuniyyətinə səbəb olan bu fikirləri bütün dünyaya yayıldı. Nəticə etibarilə biz bu gün bu birliyimizi daha da gücləndirmək, yeni əməkdaşlıq sahələri yaratmaqla bağlı müzakirələr aparırıq. Qardaşım Ceyhun Bayramov da bununla bağlı Azərbaycanın fikirlərini forumda çox aydın şəkildə ifadə etdi”, - deyə Mövlud Çavuşoğlu bildirib.

“Təbii ki, bütün dünyanın diqqətini cəlb edən iki platforma, Türk Dövlətləri Təşkilatı ilə Antalya Diplomatiya Forumunun bir araya gəlməsi son dərəcə təbii bir hadisə idi. Təşkilatın növbədənkənar toplantısının Şuşada olmasından da xüsusi məmnunluğumuzu ifadə etmək istəyirəm.

Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti o bölgələrin inkişafı istiqamətində çox böyük işlər görür. Türkiyə də hər zaman olduğu kimi, bu baxımdan da Azərbaycana dəstək verir. İqtisadi inkişaf olduqca vacibdir, lakin siyasi dəstək və Şuşanın dünyaya çıxışı da olduqca mühüm məqamdır. Bu baxımdan toplantının məhz Şuşada keçirilməsi vacib hadisədir. Azərbaycan Prezidenti bu toplantıya Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini də dəvət etdi. Bildiyimiz kimi, Şimali Kipr TDT-nin müşahidəçi üzvüdür. Bu səbəbdən də bu dəvət olduqca təbii haldır. İki müşahidəçi dövlət olaraq, Şimali Kiprlə yanaşı, Macarıstan da bu tədbirə dəvət olunub”, deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Ağcabədi sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən...

Ağcabədi sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən...

Əfqan Cəlilov donanma rəisini işdən çıxardı

Əfqan Cəlilov donanma rəisini işdən çıxardı

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Beyləqanda “yarışan” avtomobillər qəza törətdi – Yaralıların SON DURUMU

Beyləqanda “yarışan” avtomobillər qəza törətdi – Yaralıların SON DURUMU

İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

Maliyyə Nazirliyindən Qərbi Kaspi Universitetindəki pul tələbi ilə bağlı AÇIQLAMA

Maliyyə Nazirliyindən Qərbi Kaspi Universitetindəki pul tələbi ilə bağlı AÇIQLAMA

“TikTok”da Azərbaycanla bağlı YENİLİK - FOTO

“TikTok”da Azərbaycanla bağlı YENİLİK - FOTO

Bakı metrosuna YENİ qatarlar alınacaq

Bakı metrosuna YENİ qatarlar alınacaq

Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

İrandan ABŞ-a CAVAB: "Hollivud düşüncənizi təhrif edib"

İrandan ABŞ-a CAVAB: "Hollivud düşüncənizi təhrif edib"

İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

Türkiyəyə məğlub olan Rumıniya millisi baş məşqçini yola saldı

Türkiyəyə məğlub olan Rumıniya millisi baş məşqçini yola saldı

Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi

Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi

Bağça müəllimlərinin yerdəyişməsi başlayır

Bağça müəllimlərinin yerdəyişməsi başlayır

Sumqayıtda 6 uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - VİDEO

Sumqayıtda 6 uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - VİDEO

Qanlı Göl ərazisində kompleks yenidənqurma işləri görüləcək

Qanlı Göl ərazisində kompleks yenidənqurma işləri görüləcək

Xanımı Bəşər Əsəddən boşanır?

Xanımı Bəşər Əsəddən boşanır?

Ermənistanda Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırıldı

Ermənistanda Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırıldı

COVID-in daha təhlükəli variantı YAYILDI – Azərbaycanda yoluxan var?

COVID-in daha təhlükəli variantı YAYILDI – Azərbaycanda yoluxan var?

Messi paylaşım etdi - Görüntülərdə Ronaldo da var -FOTO/VİDEO

Messi paylaşım etdi - Görüntülərdə Ronaldo da var -FOTO/VİDEO

Başqasının qulaqcıqlarından istifadə niyə bu qədər təhlükəlidir?

Başqasının qulaqcıqlarından istifadə niyə bu qədər təhlükəlidir?

Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

Türkiyə millisinin DÇ-2026 təqvimində dəyişiklik edildi

Türkiyə millisinin DÇ-2026 təqvimində dəyişiklik edildi

End of content

No more pages to load

RADİO