Ceyhun Bayramov: “Ermənistanla təmasların davamı ilə bağlı razılıq əldə edilib” - VİDEO

“28-29 fevral tarixlərində Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində sülh prosesi üzrə danışıqları davam etdirdilər. Bundan əvvəl sülh danışıqları 7 ay olar ki, keçirilmirdi. 2023-cü ilin yay aylarında heyətlər iki dəfə görüşmüşdülər. Bundan sonra ancaq sülh prosesi ilə bağlı mətn və layihələrin bir-birinə ötürülməsi qeydə alındı. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində mətbuata açıqlamasında bildirib.

“Son dövrlər sülh danışıqlarında müsbət dinamika müşahidə olunur. ilk olaraq mən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Almaniya kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim, hansı ki, bəlli bir fasilədən sonra liderlər arasında bir təmas oldu. Ümumilikdə biz görüşü müsbət qiymətləndiririk. Və həmin o təmasdan sonra da xarici işlər nazirlərinin də görüşü barədə qərar qəbul olundu”, - deyə XİN başçısı qeyd edib.

Nazir ümumilikdə sülh prosesi istiqamətində aparılan danışıqları yüksək qiymətləndirib:

“Burada bizim təklifimiz və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq mətn, konkret maddələr üzrə müzakirələr aparmadıq. Ancaq, bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Və biz əsasən həmin məqamların müzakirəsinə iki gün həsr etdik”.

XİN başçısı Berlin danışıqları zamanı Azərbaycan tərəfinin bir sıra gözlənti və təklifləri qarşı tərəfə çatdırdığını vurğulayıb:

“Vəziyyəti daha yaxşı başa düşmək və növbəti təmaslara əsas yaratmaq üçün ümumilikdə faydalı müzakirələr kimi dəyərləndirirəm. Və tərəflərin də razılığı ondan ibarət oldu ki, təmasları davam etdirmək lazımdır. Konkret tarix olmadan təmasların davamı ilə bağlı razılıq əldə edilib”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Ağcabədi sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən...

Ağcabədi sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən...

Əfqan Cəlilov donanma rəisini işdən çıxardı

Əfqan Cəlilov donanma rəisini işdən çıxardı

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Beyləqanda “yarışan” avtomobillər qəza törətdi – Yaralıların SON DURUMU

Beyləqanda “yarışan” avtomobillər qəza törətdi – Yaralıların SON DURUMU

İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

Maliyyə Nazirliyindən Qərbi Kaspi Universitetindəki pul tələbi ilə bağlı AÇIQLAMA

Maliyyə Nazirliyindən Qərbi Kaspi Universitetindəki pul tələbi ilə bağlı AÇIQLAMA

“TikTok”da Azərbaycanla bağlı YENİLİK - FOTO

“TikTok”da Azərbaycanla bağlı YENİLİK - FOTO

Bakı metrosuna YENİ qatarlar alınacaq

Bakı metrosuna YENİ qatarlar alınacaq

Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

İrandan ABŞ-a CAVAB: "Hollivud düşüncənizi təhrif edib"

İrandan ABŞ-a CAVAB: "Hollivud düşüncənizi təhrif edib"

İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

Türkiyəyə məğlub olan Rumıniya millisi baş məşqçini yola saldı

Türkiyəyə məğlub olan Rumıniya millisi baş məşqçini yola saldı

Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi

Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi

Bağça müəllimlərinin yerdəyişməsi başlayır

Bağça müəllimlərinin yerdəyişməsi başlayır

Sumqayıtda 6 uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - VİDEO

Sumqayıtda 6 uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - VİDEO

Qanlı Göl ərazisində kompleks yenidənqurma işləri görüləcək

Qanlı Göl ərazisində kompleks yenidənqurma işləri görüləcək

Xanımı Bəşər Əsəddən boşanır?

Xanımı Bəşər Əsəddən boşanır?

Ermənistanda Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırıldı

Ermənistanda Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırıldı

COVID-in daha təhlükəli variantı YAYILDI – Azərbaycanda yoluxan var?

COVID-in daha təhlükəli variantı YAYILDI – Azərbaycanda yoluxan var?

Messi paylaşım etdi - Görüntülərdə Ronaldo da var -FOTO/VİDEO

Messi paylaşım etdi - Görüntülərdə Ronaldo da var -FOTO/VİDEO

Başqasının qulaqcıqlarından istifadə niyə bu qədər təhlükəlidir?

Başqasının qulaqcıqlarından istifadə niyə bu qədər təhlükəlidir?

Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

Türkiyə millisinin DÇ-2026 təqvimində dəyişiklik edildi

Türkiyə millisinin DÇ-2026 təqvimində dəyişiklik edildi

End of content

No more pages to load

RADİO