Ceyhun Bayramov iraqlı həmkarını bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və İraq arasında intensiv qarşılıqlı təmasların və səfərlərin münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, mədəni və s. istiqamətlər üzrə uğurlu inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstəkdə özünü biruzə verdiyi bildirilib.

Qarşı tərəf cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı ətraflı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub və İraq tərəfinin prosesdə yaxından iştirak edəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumundan bəhs edib.

Nazir Fuad Hüseyn İraqın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyini ifadə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Ağcabədi sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən...

Ağcabədi sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən...

Əfqan Cəlilov donanma rəisini işdən çıxardı

Əfqan Cəlilov donanma rəisini işdən çıxardı

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Beyləqanda “yarışan” avtomobillər qəza törətdi – Yaralıların SON DURUMU

Beyləqanda “yarışan” avtomobillər qəza törətdi – Yaralıların SON DURUMU

İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

Maliyyə Nazirliyindən Qərbi Kaspi Universitetindəki pul tələbi ilə bağlı AÇIQLAMA

Maliyyə Nazirliyindən Qərbi Kaspi Universitetindəki pul tələbi ilə bağlı AÇIQLAMA

“TikTok”da Azərbaycanla bağlı YENİLİK - FOTO

“TikTok”da Azərbaycanla bağlı YENİLİK - FOTO

Bakı metrosuna YENİ qatarlar alınacaq

Bakı metrosuna YENİ qatarlar alınacaq

Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

İrandan ABŞ-a CAVAB: "Hollivud düşüncənizi təhrif edib"

İrandan ABŞ-a CAVAB: "Hollivud düşüncənizi təhrif edib"

İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

Türkiyəyə məğlub olan Rumıniya millisi baş məşqçini yola saldı

Türkiyəyə məğlub olan Rumıniya millisi baş məşqçini yola saldı

Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi

Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi

Bağça müəllimlərinin yerdəyişməsi başlayır

Bağça müəllimlərinin yerdəyişməsi başlayır

Sumqayıtda 6 uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - VİDEO

Sumqayıtda 6 uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - VİDEO

Qanlı Göl ərazisində kompleks yenidənqurma işləri görüləcək

Qanlı Göl ərazisində kompleks yenidənqurma işləri görüləcək

Xanımı Bəşər Əsəddən boşanır?

Xanımı Bəşər Əsəddən boşanır?

Ermənistanda Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırıldı

Ermənistanda Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırıldı

COVID-in daha təhlükəli variantı YAYILDI – Azərbaycanda yoluxan var?

COVID-in daha təhlükəli variantı YAYILDI – Azərbaycanda yoluxan var?

Messi paylaşım etdi - Görüntülərdə Ronaldo da var -FOTO/VİDEO

Messi paylaşım etdi - Görüntülərdə Ronaldo da var -FOTO/VİDEO

Başqasının qulaqcıqlarından istifadə niyə bu qədər təhlükəlidir?

Başqasının qulaqcıqlarından istifadə niyə bu qədər təhlükəlidir?

Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

Türkiyə millisinin DÇ-2026 təqvimində dəyişiklik edildi

Türkiyə millisinin DÇ-2026 təqvimində dəyişiklik edildi

End of content

No more pages to load

RADİO