Daria Qrevtsova: “Borel və Makron Azərbaycanın müstəqil siyasətini qəbul edə bilmir” – ÖZƏL 

“Azərbaycan müstəqil bir ölkədir, öz siyasətini sərbəst şəkildə idarə edir. Həmçinin qalib ölkədir. Lakin Avropa İttifaqı Azərbaycanın əldə etdiyi nailiyyətlərlə qürurlana bilmir. Çünki onlar qalib deyillər, onlar müstəqil və sərbəst ölkələr sayılmırlar. Avropa Şurasına daxil olan ölkələr ABŞ-a tabedirlər və ABŞ-ın maraqları çərçivəsində siyasət həyata keçirirlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

“Məhz paxıllıqları səbəbindən...”

Politoloq Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borelin Bakıya qarşı qərəzli açıqlamalarını, Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqaz planlarını şərh edərkən, sözügedən siyasətçilərin müstəqil dövlətlərə qarşı aqresiyalarının başadüşülən olduğunu deyib:

“Bu paxıllıqlar səbəbindən bəzi avropalıların, Borel və Makron kimilərinin ağzından bir sıra xoşa gəlməyən ifadələr çıxır. Həmçinin başqa bir səbəb də var. Məlum olduğu kimi, Fransada erməni lobbi qrupları çox aktiv işləyirlər. Orada böyük erməni icması var. Onlar prezident Makron və bir sıra siyasətçiləri maliyyələləşdirirlər. Buna görə də, o, Azərbaycana qarşı belə çıxışlar edir. Çünki belə açıqlamalar lobbiçi qrupların xoşuna gəlir.

Biz bilirik ki, nə Fransa, nə Avropa İttifaqı öz millətinin, xalqının maraqları haqqında düşünmür. Onlar ancaq özlərinin geosiyasi hökmünü göstərmək istəyirlər. Ancaq anti-Azərbaycan çıxışları, bəyanatlar boşu-boşunadır və heç bir nəticəsi yoxdur. Azərbaycan xalqı öz sözünü tutan liderini prezident seçib və buna görə də, məncə Avropanın, Fransanın bu istiqamətdə nə isə etməsi əbəsdir. Çünki onlar prezident Əliyevə paxıllıq edirlər”, - deyə politoloq qeyd edib.

“Fransa Ermənistanı özünün koloniyası etməyə çalışır”

Hazırda Fransanın və Aİ-nin yalnız Azərbaycana qarşı deyil, Rusiyaya qarşı da siyasət yürütdüyünü deyən Qrevtsova, Moskvanın Fransaya layiqli cavab verəcəyini bildirib:

“Moskva Paşinyanın Rusiyaya qarşı kritik çıxışlarından, sözsüz ki, narazıdır. Burada prinsipcə Moskva üçün yeni heçnə yoxdur. Paşinyan daha əvvəl də aktiv olaraq Qərblə tərəfdaşlıq etmək istəyirdi. Biz isə çox gözəl bilirik ki, Qərb, əsasən də Fransa Ermənistanı Moskvadan qopararaq, onu özünün koloniyası etmək istəyir. Hansı ki, bu, neokolonizmin yeni bir növüdür.

Məlum olduğu kimi Fransa Afrikada süquta uğradı. Buna görə də, Fransa Moskvanı Cənubi Qafqazdan çıxararaq öz heyfini almaq istəyir. Fransanın belə tez zamanda Ermənistanla yaxınlaşmasının məqsədi Rusiyanın reputasiyasını Ermənistanda aşağı salmaq və erməni icmasını Rusiyaya qarşı yönəltməkdən ibarətdir. Paşinyan isə öz xalqının maraqları haqda düşünmür. O ancaq Fransanın verdiyi tapşırıqları yerinə yetirir. Ümid edir ki, belə etməklə Fransa ona hər tərəfli kömək edəcək”, - deyə politoloq bildirib.

Müsahibimiz qeyd edib ki, Azərbaycana qarşı şərti sərhəddə törədilən təxribatların arxasında Fransa dayanır:

“Yaxın zamanlarda ermənilərin törətdiyi təxribatlar da bir növ Fransanın buyruğu ilə həyata keçirilib. Fransaya xüsusən Ermənistanın sərhədyanı bölgələrində “monitorinq” aparanların sayını artırmaq vacib idi. Fransanın hazırda əsas məqsədi Ermənistan xalqına, erməni elitasına təzyiq etməyə və onları aktiv olaraq Rusiyaya qarşı olmağa yönəlib. Hansı ki, Paşinyan açıq-aşkar bununla məşğuldur.

Ancaq biz görürük ki, Fransanın Ermənistana xoş sözlər deməkdən başqa hansısa hərəkəti yoxdur. Fransanın bu cür addımların regionda sülhün bərqərar olmasına qarşıdır”, - deyə Qrevtsova əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Medina “Qarabağ”dan GEDƏCƏK?

Medina “Qarabağ”dan GEDƏCƏK?

End of content

No more pages to load

RADİO