Almaniya niyə Fransadan fərqli olaraq neytral mövqe sərgilədi? – ƏSL SƏBƏBLƏR

“Hazırda Berlində Almaniyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilir. Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir”. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Berbok: “Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür”


“Belə ki, Berlin prosesdə sadəcə təşəbbüskar rolunda çıxış edir. Daha o, Paris kimi indilikdə moderator olmağa can atmır. Almaniyanın belə mövqe sərgiləməsi isə prosesin ikitərəfli danışıqlar müstəvisində getməsinə imkan yaradır”. 

Görəsən, Almaniya niyə digər Qərb ölkələrindən fərqli olaraq Azərbaycan-Ermənistan dialoqunda konstruktiv mövqe sərgiləyir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikrincə, Berlinin konstruktiv mövqe sərgiləməsi Almaniyanın xoş görünməsi ilə yox, Azərbaycanın sərgilədiyi mövqe ilə bağlıdır:

“Almaniya doğru addım atır. Biz Almaniyadan fərqli olaraq digərlərinin Azərbaycanla Ermənistan arasındakı danışıqlarda niyə konstruktiv mövqe sərgiləmədiyini soruşmalıyıq. Burada söhbət ondan gedir ki, Berlindən başqa digərləri məsələyə qərəzli yanaşır. Bu da daha çox Almaniyanın xoş görünməsindən yox, Azərbaycanın sərgilədiyi mövqeyə bağlıdır. Çünki onlar görür ki, Bakı ilə ultimativ dildə danışmaqla özlərinin bölgədə mövqelərini zəiflədirlər”. 

Partiya sədri deyir ki, bölgədə təsir imkanlarını saxlamaq istəyənlər Bakı ilə hesablaşmalıdır:

“Ölkəmizə qarşı qərəzli mövqe bu imkanları onların əlindən alır. Ona görə də Almaniya bu məsələdə ağıllı davranır, neytral mövqedən çıxış edir, təzyiq elementlərinə əl atmır”. 

Burada ikinci amil həmsöhbətimizə görə, Avropada lider olmaq uğrunda Parislə Berlin arasında gedən mübarizədir: 

“Fransa təkəbbürlü siyəsət yürütmək, imkanlarından üstün mövqedə olmaq iddiaları ilə mövqelərini itirir. Paris belə mövqe itkisilə Avropa dövlətləri içərisində də gözdən düşür. Belədə, Avropada Berlinin liderlik funksiyasını ələ almasına Vaşinqton da yox demir. Hətta ona bu məsələdə imkanlar yaradır. 

Yəni Avropa təsisatları daxilində Almaniya Fransa rəqabətində Berlinin önə çıxması və Bakıya təsir imkanlarının məhdudluğunu Parisdən fərqli olaraq görməsi fonunda Berlin konstruktiv mövqedən çıxış edir. Berlin başa düşür ki, öz mövqeyini daha praqmatik şəkildə dominant hala gətirmək üçün başqa yollar yoxdur. Bu da Azərbaycanın təzyiqlər qarşısında duruş gətirməsilə bağlıdır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Medina “Qarabağ”dan GEDƏCƏK?

Medina “Qarabağ”dan GEDƏCƏK?

End of content

No more pages to load

RADİO