Peru Konqresi Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etdi – FOTO  

Parlamentdə Peru-Azərbaycan dostluq qrupu və Azərbaycanın Perudakı Səfirliyinin birgə təşəbbüsü ilə 27 fevral tarixində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Peru Konqresində anım tədbiri keçirilib. 

Səfirlikdən Bizim.Media-ya verilən xəbərə görə, Peru-Azərbaycan dostluq qrupunun, habelə And Parlamentinin Perudan olan üzvlərinin, diplomatik missiya rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə ilk öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra ölkəmizin Perudakı səfiri Məmməd Talibov çıxış edərək XX əsrin amansız faciələrindən olan Xocalı Soyqırımı barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Çıxışında soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmalarının, bu kimi misli görünməmiş insanlıq əleyhinə cinayətlərin yenidən baş verməməsinin əhəmiyyətini vurğulayan səfir ədalətin bərpa olunması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasından bəhs edib. 

Çıxışında bu gün, 32 il sonra Xocalı şəhərində Azərbaycanın dövlət bayrağının dalğalandığını və bununla da Xocalı şəhidlərinin ruhunun şad olduğunu bildirən səfir artıq ölkəmizin uzun illər davam etmiş işğaldan sonra keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətlə qayıtmasını təmin etmək məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə, yenidənqurma və bərpa işləri aparmasından söz açıb. 

Həmçinin, çıxışında bir sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresinin tərəfindən Xocalı Soyqırımına dair müxtəlif sənədlərin qəbul edildiyini xatırladan səfir Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Peru tərəfinə təşəkkürünü bildirib. 
Tədbirdə iştirak edən Peru-Azərbaycan dostluq qrupunun üzvləri Maria del Karmen Alva Prieto, Karlos Ernesto Bustamente Donayre və And Parlamentinin Perudan olan üzvü Qustavo Adolfo Paçeko Viyyar da öz növbəsində Xocalıda amansızca qətlə yetirilmiş soydaşlarımızla əlaqədar Azərbaycan xalqına dərin başsağlığı verərək belə faciələrin bir daha təkrarlanmaması üçün günahkarların ədalət qarşısına çıxarılmasının vacibliyin vurğulayıblar. 

Tədbirdə iştirakçılara Xocalı Soyqırımı barədə qısametrajlı film nümayiş etdirilib, qanlı faciənin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub. 

Qeyd edək ki, Xocalı soyqırımı faciəsi qurbanlarının 32-ci ildönümü ilə əlaqədar olaraq Peru Konqresi tərəfindən bəyanat qəbul edilib. 

Bəyanatda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktından 32 il ötdüyü diqqətə çatdırılaraq, misli görünməmiş hadisələr nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin həlak olduğu, 1275 nəfərin girov götürüldüyü və 150 nəfərin taleyi naməlum qaldığı bildirilib. 

Sənəddə baş vermiş soyqırımı aktının çoxsaylı beynəlxalq insan hüquqları təşkilatları tərəfindən tam şəkildə sənədləşdirildiyi və Human Rights Watch tərəfindən isə “münaqişə zamanı törədilmiş ən qanlı qətliam” olaraq qeydə alındığı vurğulanıb. 

Bundan başqa, bəyanatda 2013-cü ildə Peru Koqresi tərəfindən Xocalı soyqırımı qurbanlarına ədalət tələb edən sənədə istinad öz əksini tapıb. 

Həmçinin, sənəddə bu gün bütün dünya azərbaycanlılarının Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyi bildirilərək, onların əziz xatirəsinə, baş vermis faciənin 32-ci ildönümünün anılması ilə əlaqədar olaraq Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı diləkləri ifadə olunub. 

Yüz minlərlə məcburi köçkünün öz evlərinə ləyaqətli və təhlükəsiz formada qayıtmasını təmin etmək üçün Azərbaycanın sülh axtarışında, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və orada aparılan minasızlaşdırma prosesində göstərdiyi səylərə dəstək ifadə olunub. 
Sənəddə xüsusilə, Azərbaycan kimi mina problemi ilə üzləşən ölkələrə bu ciddi təhlükəni aradan qaldırmaq və günahsız insanların həyatını qorumaq məqsədilə dəstək göstərilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib. 

Xatırladaq ki, Peru Konqresi ötən il də Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Medina “Qarabağ”dan GEDƏCƏK?

Medina “Qarabağ”dan GEDƏCƏK?

End of content

No more pages to load

RADİO