Prezidentə təbrik məktubları gəlir

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Maldiv Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Ümid edirəm ki, əməkdaşlığımızı və dostluq münasibətlərimizi daha da möhkəmləndirmək üçün Zati-alinizlə sıx fəaliyyət göstərəcəyik. Əminəm ki, ölkələrimizin xalqlarının rifahı naminə əlaqələrimizi dərinləşdirmək üçün birgə işləyə bilərik.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

***

Mozambik Respublikasının Prezidenti Filipe Jasinto Nyusi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

2024-cü il fevralın 7-də Qarabağ regionu da daxil olmaqla bütün Azərbaycan ərazisində keçirilmiş prezident seçkilərini böyük maraqla izlədik. Mozambik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Bu qələbəniz öz ölkəsinin iqtisadi, sosial-mədəni sahələrdə inkişafına şahid olan Azərbaycan xalqının iradəsinin, həmçinin onun davamlı rifahla bağlı arzularını həyata keçirmək üçün Sizin bütün keyfiyyətlərə malik olduğunuza inamının ifadəsidir.

Fürsətdən istifadə edərək Mozambik Respublikasının Azərbaycan Respublikası ilə qardaş xalqlarımızın maraqları və rifahı naminə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində qətiyyətli olduğunu bir daha bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm".

*** 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında əməkdaşlıq çox yüksək qiymətləndirilir. Mən fürsətdən istifadə edərək, Ali Komissarlığın regionda köçkünlərlə bağlı məsələlərin həllində Azərbaycan Hökumətinin səylərini dəstəkləməkdə davam edəcəyini bildirirəm.

Eyni zamanda, yeni prezidentliyiniz dönəmində də əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin".

***

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Bik Lum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Otuz ildən artıqdır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı köçkünlərlə bağlı məsələlərin həlli istiqamətində Azərbaycan hökumətinin fəaliyyətini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan Respublikası arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair

2021-2025-ci illəri əhatə edən Çərçivə sənədinə uyğun olaraq, Ali Komissarlıq Azərbaycanın sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə töhfə verməyə və BMT-nin ölkə nümayəndəliyi daxilində Azərbaycan hökumətinə dəstək göstərməyə hazırdır.
Təşkilatımız, həmçinin qaçqınlar, köçkünlər və onlara ev sahibliyi edən icmalar da daxil olmaqla təsirə məruz qalmış qrupların BMT-nin bu il Bakıda keçiriləcək İqlim Dəyişikliyi Konfransında (COP29) fəal iştirak etmələri məqsədilə səlahiyyətləndirilməsinin təşviqini davam etdirmək üçün Azərbaycan hökuməti ilə tərəfdaşlıq etməyə hazırıdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

*** 

Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Anar Həsənov və İdarə Heyətinin icraçı üzvü Tobias Bauman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə alman iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəliyi olan Alman-Azərbaycan Xarici Ticarət Palatası adından təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Cənubi Qafqaz regionunda enerji və ticarət baxımından Almaniyanın ən mühüm tərəfdaşıdır.

Alman şirkətləri xarici əlaqələrdə sabitliyi, strateji uzaqgörənliyi və etibarlılığı yüksək qiymətləndirirlər. Alman Ticarət Palatası və onun üzv şirkətləri Azərbaycan hökumətinin apardığı islahatlar siyasətini dəstəkləyir və bununla bağlı öz töhfələrini təklif edirlər.

Biz öz təcrübəmiz və texniki imkanlarımızla Qarabağ bölgəsinin yenidən qurulması ilə bağlı Azərbaycan hökumətinin təşəbbüslərini dəstəkləməyə hazırıq. Biz qəti şəkildə inanırıq ki, ölkələrimiz arasında sıx əməkdaşlıq sayəsində regionun davamlı və uğurlu bərpası istiqamətində mühüm irəliləyiş əldə oluna bilər.

Yeni səlahiyyət müddətinizdə Sizə və Azərbaycan hökumətinə uğurlar arzulayırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Medina “Qarabağ”dan GEDƏCƏK?

Medina “Qarabağ”dan GEDƏCƏK?

End of content

No more pages to load

RADİO