Sergey Markov: “Xocalı qətliamını törədənlər həbs olunmalıdırlar”

“Xocalı kimi faciələrin heç bir şəkildə unudulmamalıdır. Çünki bu dəhşət, heç yerdə bir daha təkrarlanmamalıdır. Azərbaycanda və dünyada bu haqda nə qədər çox danışılsa, Xocalı hadisələri ilə bağlı həqiqətləri çatdırmaq üçün nə qədər fəal kampaniya aparılsa, bir o qədər də belə bir qırğın planlaşdırılmayacaq”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya KİV-nə müsahibəsində Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Xocalıdakı cinayətlərə görə cəzasız qaldılar - Fransa nəşri


O qətiyyətlə bildirib ki, bu qətliamı törədənlər gec-tez cəzalarını almalıdır:

“Bu qətliamın törədilməsinə əmr verənlər də cəzasız qalmamalıdır. Göründüyü kimi, Xocalı qətliamının təşkilatçılarının məqsədi Xocalıda dinc əhaliyə qarşı törədilən qırğın törətmək vasitəsilə gələcəkdə daha da çox əraziləri ələ keçirmək olub. Bundan əlavə, erməni qatillər mülki insanları məhv etməklə gələcəkdə nəyisə dəyişdirə biləcəklərinə ümid ediblər. Yəni, Xocalı qətliamı etnik təmizləmə siyasəti idi. 

Xocalıda baş verənlərin dəhşətləri fonunda təşviş içində olan azərbaycanlı əhali erməni qoşunları tərəfindən ələ keçirilən əraziləri tərk etməyə başladılar. Bu həm də işğalçıların siyasi məqsədlərinə tam cavab verirdi. Bu siyasi məqsədləri konkret şəxslər həyata keçirib. Ona görə də həmin şəxslər cəzalandırılmalıdırlar. Onlar həbs olunmalı və ədalət məhkəməsinə çıxarılmalıdırlar”.

Sergey Markov əlavə edib ki, Xocalı soyqırımı haqqında həqiqəti çatdırmaq Ermənistanın “erməni soyqırımı” ilə bağlı təbliğatına güclü zərbə vurur və “əzablı xalq” obrazını yoxa çıxardır:

“Biz Xocalıda həm də hərbi cinayətin dəhşətlərini görürük. Ona görə də erməni siyasətçiləri üçün hansısa fədakarlıqdan danışmaq, prinsipcə məntiqsizdir. Xocalı hadisələri Azərbaycanın beynəlxalq aləmdə Ermənistanı ifşa etmək üçün ən tutarlı faktdır. Bununla belə bəşəriyyət Xocalıda dəhşətli şəkildə qətlə yetirilənləri heç zaman unutmamlıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Qardaşlarımız gəldi... – FOTO

Qardaşlarımız gəldi... – FOTO

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

End of content

No more pages to load

RADİO