Şura Məclisinin sədr müavini: “Qətər Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıdır” - FOTO

Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətər Dövlətinin Şura Məclisinin sədr müavini Hamda bint Hassan Al-Sulaiti ilə görüşüb.

Bizim.Media  xəbər verir ki, görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. 

Milli Məclisin sədri qeyd edib ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər əlaqələrin inkişafında mühüm rola malikdir. Qeyd olunub ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanlar var.

Həmçinin Azərbaycan və Qətər Dövlətinin regional və beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd olunub ki, tərəflər BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birinin mövqeyini qarşılıqlı şəkildə dəstəkləyirlər.
Görüşdə parlamentlərimiz arasında da müsbət əlaqələrin olduğu diqqətə çatdırılıb, münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı imkan olduğu bildirilib. Qeyd edilib ki, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları bu istiqamətdə mühüm töhfələr verə bilərlər. O cümlədən qarşılıqlı səfərlər, parlament komitələri arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həmçinin bildirilib ki, Qətər parlamenti Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində və Şəbəkənin konfranslarında iştirak edir.

Qətər Dövlətinin Şura Məclisinin sədr müavini göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Görüşdə Azərbaycanın Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına uğurlu ev sahibliyi qeyd olunaraq bildirilib ki, bu mühüm tədbir regional və beynəlxalq məsələlərin müzakirəsi, təşkilata üzv ölkələr arasında ikitərəfli əlaqələrin daha da inkişafı baxımından əlverişli imkandır. 

Qətər Dövlətinin Şura Məclisinin sədr müavini təşkilata sədrliyin Azərbaycana keçməsi münasibətilə təbriklərini çatdıraraq, inamını ifadə edib ki, ölkəmizin sədrliyi dövründə APA üçün yeni strategiya və mexanizmlər yaradılacaq ki, bunlar da təşkilatın fəaliyyətinin daha da genişlənməsinə töhfə verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Qardaşlarımız gəldi... – FOTO

Qardaşlarımız gəldi... – FOTO

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

End of content

No more pages to load

RADİO