İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri Mingəçevir şəhərinə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, səfir “AzərenerjiASC” ASC-nin prezidenti Baba Rzayev və “Ansaldo Energia” şirkətinin baş direktoru Fabritsio Fabbri ilə birlikdə Mingəçevir elektrik stansiyasında olub.
"Ansaldo" tərəfindən istehsal olunan yeni qaz turbinlərinin quraşdırılması prosesinin gedişi yoxlanılıb.




Bizim.Media