İraq Nümayəndələr Şurasının sədri: “Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlıyıq”

Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavi ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarova plenar sessiyada müzakirə olunan mövzuların müasir dövrdə bəşəriyyəti narahat edən məsələlərin həllinə xidmət edəcəyinə inamını ifadə edərək, tədbirin təşkilata üzv ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə də töhfə verəcəyini bildirib.

Azərbaycan və İraq arasında münasibətlərin xalqlarımızın ortaq dini və mədəni dəyərlərinə söykəndiyini bildirən Sahibə Qafarova deyib ki, Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman qarşılıqlı dəstək nümayiş etdirirlər.

Görüşdə qanunverici orqanlarımız arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin mühüm platforma olduğu qeyd edilib.

İraq Nümayəndələr Şurasının sədri plenar sessiyanın uğurlu təşkilatçılığı və APA-ya sədrliyin Azərbaycana keçməsi münasibətilə təbriklərini çatdıraraq, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

O, ölkəsinin Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlı olduğunu söyləyərək, əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanların mövcudluğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Dövlət ipotekası iki dəfə AZALDI

Dövlət ipotekası iki dəfə AZALDI

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

İran yenidən “Amazon”a hücum etdi

İran yenidən “Amazon”a hücum etdi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Qardaşlarımız gəldi... – FOTO

Qardaşlarımız gəldi... – FOTO

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

End of content

No more pages to load

RADİO