Samir Rzayev AZAL-ın prezidenti təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Qeyd edək ki, Samir Rzayev bu təyinata qədər AZAL-ın birinci vitse-prezidenti vəzifəsini icra edirdi.
Bizim.Media