Ərəb Parlamentinin sədri: “Azərbaycanda prezident seçkilərindəki fəallıq digər ölkələrə nümunədir” - FOTO

Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin hərtərəfli genişləndirilməsinə, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyən Sahibə Qafarova bu baxımdan Azərbaycan Milli Məclisinin Ərəb Parlamenti ilə əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib.

Sahibə Qafarova Ərəb Parlamentinin sədri Əl-Asuminin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə əlaqədar fevralın 13-də AŞPA prezidenti Teodoros Rusopulosa məktubla müraciət etməsinin və bu qərara yenidən baxılmasına çağırmasının Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və bunun dost münasibətinin bir təzahürü olduğunu diqqətə çatdırıb.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində münasibətlərdən danışan Milli Məclisin sədri qonağın 2022-ci ildə bu təşkilatın Bakıda keçirilmiş I Konfransında iştirakını və fevralın 7-də ölkəmizdə keçirilmiş prezident seçkilərini müşahidə etməsini məmnunluqla qeyd edib.

S.Qafarova Ərəb Parlamenti tərəfindən QHPŞ-yə müşahidəçi statusunun verilməsi barədə qərarın qəbulunun da yüksək qiymətləndirildiyini deyib.

Söhbət zamanı Milli Məclisin sədri təəssüflə bildirib ki, bu gün dünya siyasətində ikili standartların mövcudluğu bir sıra regional münaqişələrin həllinə böyük problem yaradır. S.Qafarova Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi, bununla da BMT TŞ-nin məlum qətnamələrinin icrasını təmin etməsi, hazırda sülh prosesinin gedişi barədə də məlumat verib.

Ərəb Parlamentinin sədri Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü plenar sessiyasında müzakirə olunacaq məsələlərin üzv dövlətlər üçün əhəmiyyətindən danışıb.

Ərəb Parlamentinin Milli Məclislə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən qonaq Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləməyə hazır olduqlarını deyib.

O, Azərbaycanın QHPŞ-də fəaliyyətini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Azərbaycanda azad və şəffaf şəraitdə müvəffəqiyyətlə keçirilmiş prezident seçkiləri münasibətilə təbriklərini çatdıran qonaq bu seçkilərdəki seçici fəallığının digər ölkələrə nümunə olduğunu vurğulayıb.
Görüşdə Ərəb Parlamentinə üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və digər mövzularda da fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Dövlət ipotekası iki dəfə AZALDI

Dövlət ipotekası iki dəfə AZALDI

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

İran yenidən “Amazon”a hücum etdi

İran yenidən “Amazon”a hücum etdi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Qardaşlarımız gəldi... – FOTO

Qardaşlarımız gəldi... – FOTO

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

End of content

No more pages to load

RADİO