Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM 

"Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Məqsəd Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsidir. 

Sərəncamla Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. 

Nazirlər Kabinetinə qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etmək tapşırılıb. 

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. 

Sənəddə həmçinin qeyd olunub ki, Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir.

Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir. 

Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Dövlət ipotekası iki dəfə AZALDI

Dövlət ipotekası iki dəfə AZALDI

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

İran yenidən “Amazon”a hücum etdi

İran yenidən “Amazon”a hücum etdi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Qardaşlarımız gəldi... – FOTO

Qardaşlarımız gəldi... – FOTO

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

End of content

No more pages to load

RADİO