“İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və D8 iqtisadi və ticarət sahəsindəki əməkdaşlığımızı taclandıran digər önəmli regional təşkilatlardır. Xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatının malik olduğu potensialdan daha çox istifadə edəcəyimizə inanıram”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.
Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın D8-ə üzvlük müraciətini ən güclü şəkildə dəstəkləyir:
“Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik”.
Bizim.Media