“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a bu il ev sahibliyi etməyinizdən böyük məmnunluq duyuram. Növbəti fövqəladə Zirvə toplantımızı, İnşallah, Şuşada keçirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.
Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin Zirvə toplantısının tədbirlərinə qatılması məsələsində Azərbaycanın göstərdiyi həssaslığa və dəstəyə görə təşəkkür edib:
“Eyni həssaslığı təşkilatımızın digər üzvlərindən də gözləyirik. Təşkilatımız çərçivəsində əməkdaşlığı daha da inkişafı üçün ortaq səylərimizi davam etdirəcəyimizə inanıram”.
Bizim.Media