Münxendə qazanılan DİPLOMATİK ZƏFƏR – Azərbaycan irəli, Qərb geri addım ATDI – TƏHLİL  

Xəbər verdiyimiz kimi, 16-17 fevral tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olub. Bu səfər çərçivəsində Prezident İlham Əliyev 20-dən artıq rəsmi görüş keçirib. Ümumiyyətlə, Azərbaycan liderinin Almaniya səfəri çox məhsuldar olub. 

Bu səfərin çox böyük siyasi əhəmiyyəti vardı. 

Çünki 7 fevral növbədənkənar prezident seçkilərindən sonra Qərbin nəbzini yoxlamaq üçün bu səfər xüsusi önəm kəsb edirdi. Amma keçirilən görüşlər və təmaslar onu göstərdi ki, Qərb artıq Azərbaycanın müstəqil xarici siyasəti ilə barışmaq məcburiyyətində qalıb. Ən əsası Qərb Azərbaycanla güc dilində danışmaqdan əl çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkə başçısının Paşinyanla müzakirə etdiyi məsələlər AÇIQLANIB


Münxendə keçirilən bütün görüşlər bərabərsəviyyəli və qarşılıqlı anlaşma şəraitində keçdi. Görüşlərdə Azərbaycanın maraqlarına zidd olan heç bir məsələ gündəlikdə olmadı. Əksinə, İlham Əliyevlə baş tutan bütün görüşlər qarşı tərəflərin istəyi ilə gerçəkləşdi. Bu isə çox önəmli faktdır. 

ABŞ Azərbaycanla münasibətləri dərinləşdirməkdə maraqlıdır

Azərbaycan Prezidentinin Münxen görüşündə diqqət mərkəzində olan məsələ ABŞ rəsimləri ilə olan təmaslar olub. Təsadüfi deyil ki, həm ABŞ Dövlət katibi Antoni Blinken, həm də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Kerri ilə İlham Əliyevin görüşü olub. Bu görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi. 

Məsələn, Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Dövlət katibi Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Ən əsası Blinken ölkəmizin başçısına görüşə vaxt ayırdığına görə təşəkkür edib.

Con Kerri isə dövlət başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb. 

Görünən odur ki, bəzi Qərb mətbu orqanlarının yazdıqlarının əleyhinə olaraq, Ağ Evdəkilər Azərbaycan Prezidenti İlham Əliyevlə bundan sonra da qarşılıqlı anlaşma və bərabər səviyyədə işləməyə hazırdırlar. 

Almaniya da mövqeyini bildirdi

Münxen səfərində diqqət çəkən digər məqam Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş olub. Bu görüşdə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır. 

Maraqlıdır ki, Kansler Olaf Şolts təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub. Müzakirələr nəticəsində müəyyən razılaşmalar əldə edilib. 

Münxen görüşləri çox zəngin və yaddaqalan olub. 

Azərbaycan lideri dünyanın aparıcı şirkət rəhbərləri, maliyyə institutlarının başçıları və bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlərin əksəriyyəti qarşı tərəfin təşəbbüsü və istəyi ilə baş tutub. Bu isə onu göstərir ki, ölkəmizə qarşı beynəlxalq maraq günbəgün artır. Bu da təbii ki, Azərbaycanın yürütdüyü açıq və qətiyyətli siyasətin nəticəsidir. 

Halbuki, Azərbaycan Prezidentinin Almaniya səfərinə kölgə salmaq üçün Qərbin bəzi siyasi dairələrinin dəstəyi ilə Ermənistan Azərbaycana qarşı təxribatlar törətdi. Belə ki, fevralın 12-də şərti sərhəddə 5 aydan sonra atəşkəs pozuldu. Bəzi qüvvələr bu təxribatdan istifadə edib Azərbaycanın üstünə gəlmək istədilər. 

Hətta Münxen sammiti ərəfəsində bundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etmək istəyənlər də oldu.

Lakin Azərbaycanın həm şərti sərhəddə, həm də siyasi müstəvidəki qətiyyəti bədnam qüvvələrin planlarını yenidən pozdu. 

Təsadüfi deyil ki, Münxen görüşündə 12 fevral təxribatı barədə söhbət belə açılmadı. Çünki bədnam qüvvələr artıq fevralın 13-də lazım olan mesajı almışdı. Bir daha bədnam qüvvələr gördü ki, Azərbaycan öz prinsiplərindən heç bir halda geri çəkilməyəcək. Ölkəmizin və regionun təhlükəsizliyi, iqtisadi maraqları üçün də bundan sonra qətiyyətli və davamlı addımlar atılacaq. Münxen görüşündə diqqət çəkən digər məsələ isə Paşinyanın davranışı idi. 

Azərbaycan Prezidentinin sıx görüş qrafikinə rəğmən erməni baş nazir görüşməyə adam tapmadı. Əlacsız qalıb Avropadakı erməni diasporlarının nümayəndələrini başına yığdı. Bu görüşsə pessimist notlarla keçdi. Paşinyan acizanə şəkildə etiraf etdi ki, Qarabağ məsələsi artıq qapanıb və heç bir Qərb dövləti bunun gündəliyə gətirilməsində maraqlı deyil.
Bir sözlə Münxen görüşləri Qərbin nəbzini yoxlamaq üçün əla platforma oldu. İki günlük görüşlər və müzakirələr göstərdi ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və tərəfdaşları durmadan artır, Ermənistan isə beynəlxalq aləmdən təcrid olunur, küncə sıxılır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Dövlət ipotekası iki dəfə AZALDI

Dövlət ipotekası iki dəfə AZALDI

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO