Rəsmi Bakıdan Paşinyana CAVAB: Beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirir

Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

Ermənistan baş nazirinin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, XİN rəsmisi bildirib ki, göründüyü kimi, N.Paşinyan Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir: 

“Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir. 

Ermənistan Baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir. 

Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. 
Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Dövlət ipotekası iki dəfə AZALDI

Dövlət ipotekası iki dəfə AZALDI

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

End of content

No more pages to load

RADİO