Naxçıvanın inkişafına dair Dövlət Proqramı üzrə Əlaqələndirmə Qrupunun ilk iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn formatda ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, dövlət qurumlarının nümayəndələrinin qarşılıqlı müzakirələri formatında keçən iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının İqtisadiyyat, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər.

İclasda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədləri davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin olunmasıdır.
11 prioritet üzrə 81 tədbirdən ibarət olan Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin daha effektiv və keyfiyyətli icrası məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında xüsusi Əlaqələndirmə Qrupu yaradılıb.

İclasda bildirilib ki, hazırda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində sosial-iqtisadi sahələr üzrə 25 işçi qrupu, 4 alt qrup və Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupu fəaliyyət göstərir. Qeyd olunan qruplarda, ümumilikdə 600-dən çox üzv, o cümlədən özəl sektor, biznes assosiasiyası, qeyri-hökumət təşkilatı və akademik müəssisələrin nümayəndələri fəaliyyət göstərir.

Tədbirlər Planının əsas icraçı qurumlarının nümayəndələri tərəfindən müvafiq layihələr üzrə görülmüş işlər və cari il üçün qarşıya qoyulan məqsədlər barədə məlumat verilib.


İclasda Əlaqələndirmə Qrupunun fəaliyyəti üzrə 2024-cü il üçün Yol Xəritəsinin layihəsinin hazırlanması ilə bağlı konkret istiqamətlər müəyyənləşdirilib. Həmçinin Dövlət Proqramı çərçivəsində müvafiq yeni qanunverilicik və təşəbbüs layihələrinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın rəqəmsal idarəetmə platforması vasitəsilə digər işçi qruplarında özəl sektorun iştirakı ilə müzakirəyə çıxarılması ilə bağlı mexanizmin ilkin layihəsinin hazırlanması və münasibət bildirilməsi üçün əlaqələndirmə qrupunun üzvlərinə göndərilməsi barədə qərar qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

End of content

No more pages to load

RADİO