BMT-nin Azərbaycana humanitar yardımı - 2 milyon dollar

BMT-nin Azərbaycandakı nümayəndəliyinin münaqişədən zərər çəkmiş Bərdə, Ağdam və Tərtər rayonlarına üç günlük səfəri başa çatıb.

Bizim.Media xəbər verir ki, səfərin əsas məqsədi BMT-nin bu rayonlarda gördüyü işləri, cari humanitar ehtiyacları, eləcə də fəaliyyətlərin əlaqələndirilməsini müzakirə etmək idi.

Səfər iştirakçıları yerli icra hakimiyyətlərinin başçıları və münaqişədən əziyyət çəkmiş icmaların nümayəndələri ilə görüşüblər.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişə nəticəsində müvəqqəti olaraq yaşayış yerlərini tərk etmiş əhalinin vacib humanitar ehtiyaclarını qarşılamaq üçün təxirəsalınmaz tədbirlərə başlayıb.

Ərzaq, sığınacaq, gigiyena, mina riski ilə bağlı maarifləndirmə, səhiyyə xidmətlərinin göstərilməsi, psixoloji və sosial dəstək, habelə təhsil sahələrində vacib ehtiyacları müəyyənləşdirmək və prioritetləşdirmək üçün BMT Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində ehtiyacların dəyərləndirilməsi üçün bir neçə missiya həyata keçirib.

Humanitar fəaliyyəti dəstəkləmək üçün BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin maliyyə vəsaiti ilə yanaşı təşkilatın Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

"Xruşşovka"lar sökülür?

"Xruşşovka"lar sökülür?

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

Tofiq Paşayevə AĞIR İTKİ

Tofiq Paşayevə AĞIR İTKİ

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

Zelenski İrəvana gəldi

Zelenski İrəvana gəldi

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

End of content

No more pages to load

RADİO