Sentyabr ayında Azərbaycanın Gəncə və Ukraynanın Odessa şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulması haqqında müqavilə imzalanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Vladislav Krikli Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.
O bildirib ki, məsələ hazırkı səfər zamanı müzakirə olunub. Ukraynalı nazir bu şəhərlər arasında birbaşa uçuşların təşkili üçün işlərin getdiyini də açıqlayıb.
Bizim.Media