Ukraynanın infrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə gəlib.
Bizim.Media-nın məlumatına görə, qonaqlar Ermənistanın oktyabrın 11-də Gəncəyə atdığı raket nəticəsində dağıtılarla məruz qalan əraziyə gəliblər.
Nümayəndə terror nəticəsində həyatını itirən mülki sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıdılmış əraziyə gül dəstələri düzüblər.
Qeyd olunub ki, ermənilər Gəncədə əhalinin sıx yaşadığı müxtəlif əraziləri “Toçka-U”, “Smerç”, “Scud” və digər raketlərlə gecə saatlarında atəşə tutublar.
Bizim.Media