Türkiyənin sabiq Baş naziri Binali Yıldırım Azərbaycana gəlib.
Bu barədə Bizim.Media-ya Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binali Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak edirdilər.
Bizim.Media