“Bu gün səhər fikirləşirəm, bəlkə biz...” – Lukaşenkodan İlham Əliyevə maraqlı TƏKLİF

“Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.

“Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik.

Əgər biz razılığa gəlsək, - bizdə həmişə belə olub, - biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur. Ümumiyyətlə, Siz Prezident vəzifəsinə gələnə qədər belə hallar olmayıb. Ona görə də, bu, dinamika baxımından yaxşı nəticədir”, deyə Belarus lideri qeyd edib.

“Siyasi münasibətlərimizə gəldikdə isə bizə nəyinsə çatışmadığını və ya hansısa mənfi amil olduğunu demək çətindir. Bizdə belə amillər yoxdur. Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm. Biz hələ Sovet İttifaqı dövründən bütün istiqamətlər üzrə ən səmimi münasibətləri bərpa etmişik.

Xüsusən çətin vaxtlarda, elə indi də Belarus üçün karbohidrogen xammalı tədarükündə göstərdiyiniz dəstəyə görə Sizə minnətdaram.

Bu gün səhər fikirləşirəm, bəlkə biz münasibətlərimizi məhz bu həssas sahədə dərinləşdirmək məsələsinə baxmalıyıq, ona görə ki, Belarus iqtisadi, siyasi hadisələrin mərkəzində yerləşir. Lakin bununla belə, həll edilə bilməyən məsələlər yoxdur. Sağ olun ki, indicə dediyim kimi Azərbaycan üçün çox gərgin bir dövrdə bu məsələləri müzakirə etmək üçün vaxt tapmısınız”, deyə Aleksandr Lukaşenko vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

"Xruşşovka"lar sökülür?

"Xruşşovka"lar sökülür?

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

Tofiq Paşayevə AĞIR İTKİ

Tofiq Paşayevə AĞIR İTKİ

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

Zelenski İrəvana gəldi

Zelenski İrəvana gəldi

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

End of content

No more pages to load

RADİO