"İrəvan bölgəsi ermənilərin deyil, azərbaycanlıların tarixi vətənidir" - Kanada mətbuatı 

Son zamanlar ermənilər öz tarixlərini yerli amerikalıların tarixi ilə müqayisə etməyə başlayıblar. Bu, onların ABŞ və Kanada ictimai rəyini öz tərəflərinə çəkmək səylərinin tərkib hissəsidir.

Bizim.Media xəbər verir ki, bu barədə Kanadanın nüfuzlu “Thej.ca” media platformasında dərc olunmuş “Qərbi azərbaycanlılar: İrəvan vilayətinin yerli əhalisi” sərlövhəli məqalədə qeyd olunub.

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisiçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın müəllifi olduğu, məsələ üzrə tanınmış tarixçi alimlərin fikirləri də daxil olmaqla, ermənilərin bədnam avtoxtonluq statusu ilə bağlı iddialarının təkzibinə həsr olunmuş məqalədə bildirilib ki, ermənilərin avtoxton amerikalılar kimi yerli xalq olmaları ilə bağlı iddiaları tarixən doğru deyil.
Müəllif yazıb ki, İrəvan bölgəsinin əsl yerli sakinləri öz yurdlarından zorla qovulmuş Qərbi azərbaycanlılardır. Uzun əsrlər boyu indiki Ermənistanın əsas hissəsini təşkil edən İrəvan bölgəsi ermənilərin deyil, azərbaycanlıların tarixi vətənidir və Azərbaycanın digər ərazilərindən heç nə ilə fərqlənməyib. Belə ki, 1897-ci ildə İrəvan quberniyasında 77 min 491 Azərbaycan türkü və cəmi 58 min 148 erməni yaşayırdı. Üstəlik, bölgənin yerli əhalisi olmayan həmin ermənilərin əksəriyyəti Osmanlı hakimiyyəti ilə aralarında baş verən münaqişədən qaçaraq burada məskunlaşmışdılar.

Eyni zamanda, diqqətə çatdırılıb ki, əslində, ermənilər 1897-ci ildə İrəvan quberniyasında nəinki çoxluq təşkil etmirdilər, hətta əsrlər boyu bu ərazi üzərində suverenliyə malik olmamışdılar. Məqalədə tanınmış tarixçi Tomas de Vaala da istinadla qeyd edilib:

“1375-ci ildə Kilikiyanın ilk səlibçi krallığının süqutu ilə 1918-1920-ci illərdə qısa ömür sürən Ermənistan Respublikası arasındakı dövrdə indiki “Ermənistan” adlanan ərazidə heç bir erməni dövləti və siyasi qurumu mövcud olmayıb”.

Müəllif təəssüf hissi ilə diqqətə çatdırıb ki, yalnız etnik təmizləmə nəticəsində Ermənistan bu gün 98 faizi ermənilərdən ibarət monoetnik dövlətə çevrilib. Bu o deməkdir ki, yerli amerikalıların soyqırımı Amerika və Kanadanı bugünkü vəziyyətə gətirdiyi kimi, Qərbi Azərbaycan da analoji yolla Ermənistana çevrilib. Bütün deyilənlər Qərbi azərbaycanlıların İrəvan bölgəsinin əsl sakinləri olduqlarını danılmaz həqiqət kimi təsdiqləyir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

End of content

No more pages to load

RADİO