“Monte Melkonyanı qəhrəmanlaşdıran bir ölkənin insana nifrətdən danışmağa haqqı yoxdur” - XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatını şərh edib.

Bizim.Media xəbər verir ki, şərhdə bildirilir:

"Paytaxt Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

"Antiterror əməliyyatında tutulanlara əsir deyil, terrorçu deyilməlidir" - XİN rəhbəri


Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqla azad edib, Vətən müharibəsi nəticəsində, Azərbaycan oğullarının qanı və canı bahasına ərazi bütövlüyünü təmin edib.

Əlbəttə, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır. Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur.

Bu Parkın və burada sərgilənən kompozisiyaların verdiyi ismarış birmənalıdır: dövlətə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə beynəlxalq hüququn təntənəsidir.

Ermənistan XİN-in talançılıq və insana nifrət iddialarına gəldikdə isə, azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısındadır.
 

Tarixi, mədəni, dini irsimizi yerlə yeksan edən, təbii ehtiyatlarımızı talan edən, bir milyon insanın fundamental hüququnu pozaraq 30 il ərzində mülkiyyətini mənimsəyən bir ölkənin talançılıqdan danışması heç bir çərçivəyə sığmır.


Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur.

Ermənistan tərəfinin hər fürsətdə dilə gətirdiyi “hərbi əsirlər” mövzusu ilə bağlı, bir daha Ermənistan XİN-inə yalan və iftira dolu ritorikadan çəkinməyi məsləhət görürük.

Ermənistan hökumətinin də imza atdığı üçtərəfli bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri “hərbi əsir” hesab oluna bilməz, bunu dəfələrlə bəyan etmişik.
 

Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı bütün tədbirləri həyata keçirir, o cümlədən erməni hərbi əsirləri qısa müddət ərzində Ermənistan tərəfinə qaytarıb.


Ermənistanın isə üçtərəfli razılığa zidd olaraq, pozucu fəaliyyəti ilə bağlı üzrxahlıq bildirmək əvəzinə, əsassız iddialarla çıxış etməsi, Azərbaycana qarşı yalan və iftira dolu kampaniya aparması bu ölkənin hələ də düşmənçilik mövqeyindən çıxış etdiyini, beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılmasına hazır olmadığını və beləliklə də, yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya və Ukrayna nümayəndə heyəti arasında Cenevrədə qapalı danışıqlar KEÇİRİLİB

Rusiya və Ukrayna nümayəndə heyəti arasında Cenevrədə qapalı danışıqlar KEÇİRİLİB

10 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏNLƏŞDİ

10 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏNLƏŞDİ

Fransa klubu yeni baş məşqçisini AÇIQLADI

Fransa klubu yeni baş məşqçisini AÇIQLADI

Çay evindəki insidentdə 36 yaşlı kişinin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Çay evindəki insidentdə 36 yaşlı kişinin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi AŞKARLANDI - FOTO/VİDEO

Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi AŞKARLANDI - FOTO/VİDEO

"Memar Əcəmi" metrosunun 4-cü çıxışı AÇILDI

"Memar Əcəmi" metrosunun 4-cü çıxışı AÇILDI

“Qəbələ” – “Sabah” oyunundakı mübahisəli epizoda Hakimlər Komitəsinin keçmiş sədrindən REAKSİYA

“Qəbələ” – “Sabah” oyunundakı mübahisəli epizoda Hakimlər Komitəsinin keçmiş sədrindən REAKSİYA

Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə İTTİHAM OLUNUR: Məhkəmə prosesinin keçirilmə qaydası dəyişdirildi

Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə İTTİHAM OLUNUR: Məhkəmə prosesinin keçirilmə qaydası dəyişdirildi

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

Arda Gülərin sevgilisi gündəm oldu - FOTO

Arda Gülərin sevgilisi gündəm oldu - FOTO

Tiktokerin cinayət işində adı keçən iş adamı məhkəməyə verildi

Tiktokerin cinayət işində adı keçən iş adamı məhkəməyə verildi

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

Xocalı qatili ölkədən çıxa biləcək - Qadağa götürüldü

Xocalı qatili ölkədən çıxa biləcək - Qadağa götürüldü

Belarus gəmiləri Ukraynanın ərazi sularına daxil ola bilməyəcək

Belarus gəmiləri Ukraynanın ərazi sularına daxil ola bilməyəcək

Ağdaşın 10 kəndi qazsız qalacaq

Ağdaşın 10 kəndi qazsız qalacaq

Mənzildən oğurladığı 30 minlik qızılı zərgərlik mağazasına satdı – ANBAAN VİDEO

Mənzildən oğurladığı 30 minlik qızılı zərgərlik mağazasına satdı – ANBAAN VİDEO

Dünya Kubokunda Azərbaycanı bu gimnastlar TƏMSİL EDƏCƏK – ADLAR

Dünya Kubokunda Azərbaycanı bu gimnastlar TƏMSİL EDƏCƏK – ADLAR

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik etdi

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik etdi

Altay Göyüşova hökm OXUNDU

Altay Göyüşova hökm OXUNDU

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

End of content

No more pages to load

RADİO