Ermənistan Azərbaycanın neft kəmərlərini “İsgəndər”lə vuracaqdı - Rusiya mətbuatı

“Ermənistan Silahlı Qüvvələrinin ikinci Qarabağ müharibəsi zamanı Rusiyanın “İsgəndər” əməliyyat-taktiki raket sistemindən istifadə edib-etməməsi məsələsi münaqişə bitdikdən sonra bir neçə ay müzakirə olundu. Müxtəlif fikirlər səsləndirildi, lakin bu mövzuda dəqiq məlumat tapılmadı”.

Bizim.Media xəbər verir ki, bu ifadələr Sergey Petrovun “Rosbalt” nəşrində “İxtilaf yaradan “İsgəndər”lər” adlı məqaləsində yer alıb.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) faktiki dəlillər (işarələnmiş raket parçaları) təqdim etməklə bu raketlərin istifadəsi ilə bağlı sualları aradan qaldırdı, digər tərəfdən bu, yeni və daha mürəkkəb problemlər ortaya çıxardı.

“Hər şey Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla başladı. Fevral ayının ortalarında yerli telekanala verdiyi müsahibədə ona belə sual verildi: niyə erməni ordusu Rusiyanın “İsgəndər”lərini yalnız müharibənin son günlərində Şuşada istifadə edib? 

“Niyə bu raketləri aldıq? Doğru zamanda istifadə etməmək üçün? Hesab edə bilərəm ki, cavabdan qorxdular. "İsgəndər”lər bizimdir və müttəfiq bu cür silahları yalnız bizə verib” deyə Sarkisyan qeyd edib.

Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın buna cavabı çox kecikməyib və məsuliyyəti sələfinin üzərinə qoyub:

“O, (Sarkisyan nəzərdə tutulur) suallarının çoxunun cavabını bilir. Niyə “İsgəndər”lər vaxtında partlamayıb və yaxud 10% partlayıb. Buna cavab verməlidir” deyə məqalə müəllifi yazır.

Sergey Petrov xatırladır ki, Ermənistan Baş Qərargahının keçmiş başçısı Movses Akopyan Paşinyanın “İsgəndər”lərdən istifadə edildiyi barədə dediklərini təsdiqləyib, lakin onun fikrincə, raketlərin partlamasında heç bir problem olmayıb. “İsgəndər”lə bağlı heç bir problemimiz yox idi. Bu şəxsin açıqlamalarını başa düşmürəm” (Paşinyan nəzərdə tutulur), deyə Akopyan bildirib. 

Baş Qərargahın keçmiş başçısı əlavə edib ki, bunun gücünü yalnız düşmən hesablaya bilər. "Bilirəm ki, düşmənə raket atılıb" deyə Akopyan qeyd edib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla məxfi söhbətə istinad edərək, tanınmış rusiyalı media meneceri Aram Qabrelyanov müharibə zamanı “İsgəndər”in istifadəsi barədə danışıb. 

Onun sözlərinə görə, guya Qasparyan Azərbaycanın neft kəmərinə bu raketlərlə zərbə vurmağı təklif edib, lakin Paşinyan beynəlxalq birliyin mənfi reaksiyasından qorxaraq imtina edib. Eyni zamanda, Qabrelyanovun sözlərinə görə, Rusiya bu raketlərin istifadəsinə səssiz razılıq verib. 

“Ruslar açıq şəkildə dedilər ki, bu, sizin müharibəniz və sizin işinizdir. Şuşanın  süqutundan üç gün əvvəl Paşinyandan Şuşanın ətəyində toplanan düşmənin çox sayda canlı qüvvəsinə iki “İsgəndər”lə vurmaq üçün icazə istədim. Paşinyan bir anda bir neçə min düşmən əsgərini öldürdüyümüzə görə dünya ictimaiyyətinin bizi qınayacağını dedi. Yalnız bir dəfə mənə “İsgəndər”dən istifadə etməyə icazə verildi, bu dəfə Şuşa şəhərinə. Mən o raketi Şuşaya atdım”, deyə Qabrelyanov Ermənistanın Baş Qərargahının o zamankı rəisindən sitat gətirib.

Nəşr qeyd edir ki, Paşinyanla sensasiyalı müsahibədən sonra Rusiya Müdafiə Nazirliyi “İsgəndər”in müharibə zamanı istifadəsi barədə məlumatları təkzib edib. 

“Lakin Azərbaycan tərəfinin təqdim etdiyi faktlar Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumatların natamam olduğunu göstərir və Paşinyanın ilkin versiyasını təsdiqləyir: bir raketdən (və ya bir neçəsindən) istifadə olunub, lakin partlayış o qədər də effektli olmayıb”, deyə Sergey Petrov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya və Ukrayna nümayəndə heyəti arasında Cenevrədə qapalı danışıqlar KEÇİRİLİB

Rusiya və Ukrayna nümayəndə heyəti arasında Cenevrədə qapalı danışıqlar KEÇİRİLİB

10 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏNLƏŞDİ

10 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏNLƏŞDİ

Fransa klubu yeni baş məşqçisini AÇIQLADI

Fransa klubu yeni baş məşqçisini AÇIQLADI

Çay evindəki insidentdə 36 yaşlı kişinin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Çay evindəki insidentdə 36 yaşlı kişinin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi AŞKARLANDI - FOTO/VİDEO

Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi AŞKARLANDI - FOTO/VİDEO

"Memar Əcəmi" metrosunun 4-cü çıxışı AÇILDI

"Memar Əcəmi" metrosunun 4-cü çıxışı AÇILDI

“Qəbələ” – “Sabah” oyunundakı mübahisəli epizoda Hakimlər Komitəsinin keçmiş sədrindən REAKSİYA

“Qəbələ” – “Sabah” oyunundakı mübahisəli epizoda Hakimlər Komitəsinin keçmiş sədrindən REAKSİYA

Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə İTTİHAM OLUNUR: Məhkəmə prosesinin keçirilmə qaydası dəyişdirildi

Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə İTTİHAM OLUNUR: Məhkəmə prosesinin keçirilmə qaydası dəyişdirildi

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

Arda Gülərin sevgilisi gündəm oldu - FOTO

Arda Gülərin sevgilisi gündəm oldu - FOTO

Tiktokerin cinayət işində adı keçən iş adamı məhkəməyə verildi

Tiktokerin cinayət işində adı keçən iş adamı məhkəməyə verildi

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

Xocalı qatili ölkədən çıxa biləcək - Qadağa götürüldü

Xocalı qatili ölkədən çıxa biləcək - Qadağa götürüldü

Belarus gəmiləri Ukraynanın ərazi sularına daxil ola bilməyəcək

Belarus gəmiləri Ukraynanın ərazi sularına daxil ola bilməyəcək

Ağdaşın 10 kəndi qazsız qalacaq

Ağdaşın 10 kəndi qazsız qalacaq

Mənzildən oğurladığı 30 minlik qızılı zərgərlik mağazasına satdı – ANBAAN VİDEO

Mənzildən oğurladığı 30 minlik qızılı zərgərlik mağazasına satdı – ANBAAN VİDEO

Dünya Kubokunda Azərbaycanı bu gimnastlar TƏMSİL EDƏCƏK – ADLAR

Dünya Kubokunda Azərbaycanı bu gimnastlar TƏMSİL EDƏCƏK – ADLAR

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik etdi

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik etdi

Altay Göyüşova hökm OXUNDU

Altay Göyüşova hökm OXUNDU

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

End of content

No more pages to load

RADİO