Azərbaycan və İordaniya arasında əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Fevralın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının birinci vitse-spikeri Əbdürrəhim Əl-Maayah və İordaniya Senatı sədrinin köməkçisi, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin rəhbəri Müflih Ər-Rəhimi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, Prezident seçkilərini müşahidə məsələləri, habelə regional inkişaf barədə müzakirə aparılıb.

Qeyd olunub ki, iki ölkə liderləri arasında yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artım əlaqələrin daha da inkişafına təkan verir. Vurğulanıb ki, münasibətlərin daha da inkişaf etdirilməsində xüsusilə parlament diplomatiyası əhəmiyyətli rola malikdir.
Görüşdə diplomatik münasibətlərin əsasının qoyulmasından keçən 30 ildən artıq müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, təhsil və s. sahələr üzrə ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dostluq və həmrəyliyə əsaslanan dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb. 

Əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin və Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı görülən təşkilati tədbirlər barədə qarşı tərəfə məlumat verib, bu olduqca əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün əlavə imkan yaradacağına əminlik ifadə olunub.

Müqabil tərəf növbədənkənar prezident seçkilərinin uğurlu təşkili, habelə nəticələri ilə bağlı təbriklərini çatdırıb, ölkəmizə və xalqımıza davamlı inkişaf və rifah arzu edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu futbolçu yayda “Zirə”yə KEÇƏCƏK

Bu futbolçu yayda “Zirə”yə KEÇƏCƏK

“Quru meyvə” yükünün içərisində narkotik keçirmək istədilər – VİDEO

“Quru meyvə” yükünün içərisində narkotik keçirmək istədilər – VİDEO

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

Bu rayonda 3 saat işıq olmayacaq

Bu rayonda 3 saat işıq olmayacaq

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Zakir Həsənov Moskvada - FOTO

Zakir Həsənov Moskvada - FOTO

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

KİV: İranın hələ də minlərlə dron və raketi var

KİV: İranın hələ də minlərlə dron və raketi var

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

End of content

No more pages to load

RADİO