İlham Əliyev türkiyəli deputatları qəbul etdi - FOTO

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev seçkiləri müşahidə etdiklərinə görə nümayəndə heyətinə minnətdarlığını bildirib.

Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Qonaq Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun və qardaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb.

Dövlətimizin başçısı seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd edib.

Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrini böyük əhəmiyyət daşıdığını bildirib.

Dövlətimizin başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğulayıb.

Şamil Ayrım 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında Prezident İlham Əliyevin və Azərbaycanın dünyaya bir nümunə göstərdiyini qeyd edib. Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin dövlətimizin başçısı tərəfindən yerinə yetirildiyini deyən qonaq vurğulayıb ki, Azərbaycan xalqı ilk dəfə olaraq bu seçkilərdə ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qürurla iştirak edib.

Azərbaycan Prezidenti Vətən müharibəsində Qələbədə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini bir daha qeyd edib.

Görüşdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsizlik vurğulanıb, Türkiyə Böyük Millət Məclisinin bunun əleyhinə olduğu və Türkiyə parlamentində də bununla əlaqədar müvafiq bəyanatların və müraciətlərin qəbul olunacağı qeyd edilib, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməsinin vacibliyini bildirilib.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı və Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinin önəmi qeyd olunub.

Nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının daha da inkişafı üçün fəaliyyətini yüksək qiymətləndiriblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yuventus" "Napoli"yə qalib gəldi

"Yuventus" "Napoli"yə qalib gəldi

Stressi məğlub etməyin təbii yolları - Nəfəs, təbiət və bitkilər

Stressi məğlub etməyin təbii yolları - Nəfəs, təbiət və bitkilər

“Qalatasaray” onu heyətinə qatdı

“Qalatasaray” onu heyətinə qatdı

"Mançester Yunayted" səfərdə "Arsenal"ı məğlub etdi

"Mançester Yunayted" səfərdə "Arsenal"ı məğlub etdi

HAMAS son girovun dəfn olunduğu yeri İsrail tərəfinə bildirdi

HAMAS son girovun dəfn olunduğu yeri İsrail tərəfinə bildirdi

“Qalatasaray”la Ali Koç arasında vəziyyət gərginləşdi

“Qalatasaray”la Ali Koç arasında vəziyyət gərginləşdi

“ChatGPT”dən istifadə etdiyi üçün klubdan qovuldu

“ChatGPT”dən istifadə etdiyi üçün klubdan qovuldu

Qar yağan kimi işıqlar niyə sönür? - VİDEO

Qar yağan kimi işıqlar niyə sönür? - VİDEO

Xərçəngə qarşı ŞOK İNQİLAB

Xərçəngə qarşı ŞOK İNQİLAB

Müasir Azərbaycan gənci hansı dilləri bilməlidir?

Müasir Azərbaycan gənci hansı dilləri bilməlidir?

Samuxda qəssab kəsici alətlə xəsarət aldı

Samuxda qəssab kəsici alətlə xəsarət aldı

Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı - VİDEO

Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı - VİDEO

ABŞ-dan şok etiraf: Ukrayna savaşı Rusiyanı zəiflətmədi

ABŞ-dan şok etiraf: Ukrayna savaşı Rusiyanı zəiflətmədi

Mustafa Cecelinin Bakıdakı ifası müzakirə yaratdı - VİDEO

Mustafa Cecelinin Bakıdakı ifası müzakirə yaratdı - VİDEO

Uitkoff: “ABŞ İsraillə Trampın Qəzza planını müzakirə etdi”

Uitkoff: “ABŞ İsraillə Trampın Qəzza planını müzakirə etdi”

Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

Zelenski: “Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək”

Zelenski: “Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək”

Sumqayıtdakı həmin məmuru "Komedixana"da belə parodiya etdilər — VİDEO

Sumqayıtdakı həmin məmuru "Komedixana"da belə parodiya etdilər — VİDEO

Daşaltı faciəsindən Şuşa zəfərinə STRATEJİ BAXIŞ - VİDEO

Daşaltı faciəsindən Şuşa zəfərinə STRATEJİ BAXIŞ - VİDEO

Bəhreyn Krallığında Anlaşma Memorandumu imzalandı

Bəhreyn Krallığında Anlaşma Memorandumu imzalandı

Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

"Barselona" rahat qələbə qazandı

"Barselona" rahat qələbə qazandı

Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yeni nəqliyyat marşrutu açılır - VİDEO

Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yeni nəqliyyat marşrutu açılır - VİDEO

Arzu Yusifova vəzifəsindən azad edildi

Arzu Yusifova vəzifəsindən azad edildi

End of content

No more pages to load

RADİO