"Seçkilərin uğurlu keçməsinə görə Azərbaycan xalqına öz ölkəmizin adından təbriklərimizi çatdırırıq. Ciddi şəkildə seçki prosesini müşahidə etdik və bir neçə seçki məntəqəsində olduq. Həqiqətən də səsvermənin şəffaf və rahat keçməsinin şahidi olduq"
Bizim.Media xəbər verir ki bunu İraq Parlamentinin nümayəndə heyətinin rəhbəri Cabbar Al-Çnani Prezident seçkilərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə seçki məntəqələrində səsverməyə gələnlər arasında sorğu keçiriblər:
"Ümumilikdə 7 məntəqədə olduq. Seçicilərlə söhbətlər etdik. Müşahidələr göstərdi ki, Azərbaycanda keçirilən prezidenti seçkiləri inkişaf etmiş ölkələrdən elə də seçilmir".
Alçina Amilqızı, Bizim.Media