“Azərbaycanda keçirilən prezident seçkiləri onu göstərdi ki, gənclər öz liderinə etibar edir”.
Bizim.Media xəbər verir ki, bunu Pakistan parlamentinin heyət rəhbəri Faysal Salim Rəhman növbədənkənar prezident seçkilərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib.
“Bu seçkilərdə müsbət məqamlardan biri o oldu ki, gənclər təşkilat işlərində aktiv iştirak edirdilər. Bu isə ölkənin rifahına işarədir. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycanda gənclər öz rəhbərinə etibar edirlər. Cənab İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edirəm” - deyə o bildirib.
Nuranə Daxilqızı, Bizim.Media