Suverenliyimizin təsdiq, düşmənlərimizin “mat” OLDUĞU GÜN – 7 fevralın TARİXİ ÖNƏMİ

Heç şübhəsiz ki, 7 fevral 2024-cü il tarixi dövlətçilik yaddaşımıza qızıl hərflərlə yazılacaq.

Əminliklə deyə bilərik ki, 7 fevral Azərbaycan tarixinə 8 noyabr Zəfər Günü qədər əlamətdar hadisə kimi düşəcək. Əgər 8 noyabr 2020-ci ildə erməni faşizmi üzərində qələbə çaldıqsa, Azərbaycanın ərazi bütövlüyünü de-yure nail olduqsa, 7 fevral 2024-cü ildə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü de-fakto təsdiq etdik.

Məhz bu gün bir zaman xəyal kimi görünənləri reallaşdırdıq. Xankəndidə və digər işğaldan azad olunmuş torpaqlarımızda müstəqillik tarixindr ilk dəfə olaraq seçkilər keçirdik. Təbii ki, bu tarixi hadisəni bir neçə quru sətirlərlə ifadə etmək çox çətindir. Çünki bu tarixi zəfərimizin təsdiq edildiyi gündür.

7 fevralda Azərbaycan tarixində müstəqillik və azadlıq yolunda canından keçmiş yüzminlərlə soydaşımızın və ən başlıcası son 35 ildə şəhid olan 30 mindən artıq oğul və qızımızın narahat ruhları rahatlıq tapdı. Onların narahat ruhları artıq Qarabağın, Şərqi Zəngəzurun aydın səmasında məmnunluqla gəzəcək. Çünki bu gün Azərbaycan sözün tam və bütöv mənasında öz suveren hüquqlarını və ərazi bütövlüyünü isbat etdi.

7 fevral milli özünütəsdiq günüdür

7 fevral növbədənkənar prezident seçkiləri son müstəqillik tariximizdə sayca 7-ci prezident seçkiləridir. Amma siyasi prosesləri yaxından izləyən hər bir azərbaycanlı bilir ki, budəfəki seçki tarixi, siyasi önəminə görə əvvəlkilərdən fərqlənirdi. Bu seçki günündə Azərbaycan xalqı, Azərbaycanın dövləti müstəqillik tariximizin ən çətin sınaqlarından birindən keçdi.

44 günlük müharibədən və sonrakı antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa elədi. Ən əsası Azərbaycan bu nəhəng nailiyyətlərə öz gücü ilə nail oldu. Heç bir qlobal güc Azərbaycanın uğurlarında bilavasitə iştirak etmədi. Ona görə də qlobal güclər Azərbaycanın uğurlarını qəbullana bilmir. Ən başlıcası da Azərbaycanın Cənubi Qafqaza davamlı sülh gətirməsindən bir çox dövlətlər ciddi təşviş keçirir.

Çünki özlərini dünyada sülhün təminatçısı və münaqişələrin həlledicisi kimi təqdim edən qlobal güclər üçün Azərbaycanın fərdi təşəbbüsü və qələbəsi heç cür qəbuledilən deyil.

44 günlük müharibənin uğurlu nəticələrindən sonra Azərbaycan regional güc kimi yeni çağırışlar etməyə başladı. Təbii ki, Azərbaycanın zamanı qabaqlayan çağırışları və təşəbbüsləri regionun rifahına və dirçəlişinə hesablanıb. Bu isə artıq Qərb üçün əsl faciə, dəhşətli sonluğun başlanğıcıdır.

Azərbaycan öz qətiyyəti və prinsipiallığı ilə bütün sivilizasiyaya göstərdi ki, dünya heç də ABŞ və Avropa İttifaqının ətrafında fırlanmır. Bu güclərin iştirakı və təşəbbüsləri olmadan da regionlarda sülhə və davamlı inkişafa nail olmaq mümkün imiş. Təbii ki, Azərbaycanın cəsarətli çıxışı qlobal güclər tərəfindən hec cür qəbul edilə bilməzdi. Çünki Qərb bütün münaqişələrin təşkilatçısı və ilhamvericisidir. Məhz bu münaqişələr hesabına dünyanı daha rahat idarə eləmək olur. Axı, zəif və yarımcan dövlətlərdə immunitet zəif olur.

Azərbaycan dünyanı oyadır

Ona görə də Qərb total şəkildə son illər Azərbaycanın üzərinə gəlməyə başlayıb. Hər vasitə ilə Qərb ölkəmizə nüfuz etməyə çalışır. Bunun üçün Azərbaycan daxilində narazı elektorat axtarışına başlanıldı. Amma iqtidar-xalq birliyi Qərbin bu planını pozdu. Azərbaycanda heç bir real güc Qərblə separat sövdələşməyə getmədi.

Bundan qəzəblənən Qərb açıq mübarizəyə başladı. Tez-tez okeanın o tayından və Avropadan Azərbaycana təhdid dolu bəyanatlar ünvanlandı. Hətta AŞPA-nın fəaliyyət praktikasında çox az təsadüf olunan metoda əl atıldı və Azərbaycanın səsvermə hüququ bir illiyə donduruldu.

Lakin Qərbin bütün təhdidləri nəticəsiz qaldı. Azərbaycan regional gücdən Beynəlxalq oyunçuya çevrilmək üçün qətiyyətli addımlarını davam etdirdi. Həmin addımlardan biri də ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi idi.

Azərbaycan Prezidenti İlham Əliyev Qərbin çirkin və məkrli planlarına qarşı açıq və cəsarətli addım atdı.

Ölkədə növbədənkənar prezident seçkilərini elan etdi. Seçkilər ölkənin daxili işi olsa da bu qlobal güclərin ayrı-ayrı dövlətlərin siyasi idarəetməsini ələ keçirməsi üçün ən yaxşı vasitədir. 30 illik Ermənistan-Azərbaycan münaqişəsini təkbaşına həll edən və qlobal gücləri pat vəziyyətinə qoyan Azərbaycan bu seçkilərlə Qərbi mat vəziyyətinə saldı.

Azərbaycan dövlətinin bu müqəddəs hədəfinə çatmaq üçün 7-dən 77-dək hər kəs ayağa qalxdı və fevralın 7-də səsvermə məntəqələrinə getdi.

Azad və sərbəst şəkildə öz iradəmizi ifadə etdik. Əsas o deyil ki, kimə səs verdik, əsas odur ki, hamılıqla səs verdik. Məhz bu qətiyyətimizin yekununda qazanan tək tərəf Azərbaycan dövləti və Azərbaycan xalqı oldu.
Necə ki, 44 günlük müharibədə hər birimiz müzəffər əsgər oldu, hər kəs öz fəaliyyət sahəsində ümumi qələbəmizə töhfə verdi, bax fevralın 7-də də bu tarixi günləri yenidən yaşadıq. Yenidən bir olduq, bir yumruq kimi birləşdik. Qərbin məkrli “seçki” oyununu Dəmir Yumruğumuzla dağıtdıq. Çünki Qərb çox məkrli planlar qurur. Bu planın əsas hədəfi təkcə Azərbaycanı yox, bütövlükdə Cənubi Qafqazı Suriya və İraqdakı sonu görünməyən savaş meydanına çevirməkdir.

Şübhə yoxdur ki, Qərbin bəzi institutları tərəfindən yenə də seçkilərlə bağlı saxta hesabatlar hazırlanacaq və yalan iddialarla şəffaf keçən seçkilərin üzərinə kölgə salmağa cəhdlər ediləcək.

Amma Azərbaycan xalqı fevralın 7-də nümayiş etdirdiyi iradə ilə bütün bu cəhdlərin absurd olduğunu və nəticəsiz qalacağını sübuta yetirib.

Biz həmrəyliklə səs verdik.

Bu birlik hesabına səsimiz o qədər güclü oldu, yəqin ki, Qərbin asta səslə uydurduğu yalanların səsi eşidilməz olacaq. Çünki Azərbaycan lideri də bu tarixi imkanı bizə qazandırdı ki, 44 günlük müharibədə dünyanı təəccübləndirdiyimiz kimi, 7 fevralda da sivilizasiyanı heyrətləndirək.

Hamıya və hər kəsə demokratik seçkinin necə keçirildiyini göstərək. Sübut edək ki, seçkinin obyektiv və ədalətli keçirildiyi AŞPA-nın, ATƏT-in, ABŞ-ın institutlarının hazırladığı məkrli hesabatlarıyla yox, hər bir xalqın azad iradəsi ilə müəyyən edilir.

Bununla da təkcə Azərbaycanın yox, bütövlükdə sivilizasiyanın xoşbəxt gələcəyinə təminat yaratmış olduq. Azərbaycan xalqı Qərbə açıq meydan oxudu və on illər boyu dünyaya demokratiya nağılı danışan bədnam qüvvələrə əsl seçki dərsi keçdi. Təkcə səsverən olmadıq, həm də seçkilərin müşahidəçisi olduq. Xalqımızın bir olub, həmrəyliyini və azadlıq istəyini bütün dünyaya yaydı.

Yəqin ki, bu gündən etibarən artıq yeni bir Azərbaycan yox, həm də yeni bir dünya görəcəyik. Çünki dünyada olan mövcud klassik stereotipləri Azərbaycan xalqı məhv etdi, yeni reallıqlar diqtə etdi.

Biz bütün dünyaya göstərdik ki, “azad seçki” ancaq qlobal güclərin maraqlarına xidmət edir. Göstərdik ki, sivilizasiya artıq 5 dövlətdən və onların idarəçiliyindən ibarət deyil. Göstərdik ki, Azərbaycan təkcə özü üçün yox, region və nəhayət də isə dünyanın azad və xoşbəxt yaşaması üçün mübarizə aparır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti: "Adi məhəlləyə köçdüm, orada yaşayanlardan artıq deyiləm!"

Xalq artisti: "Adi məhəlləyə köçdüm, orada yaşayanlardan artıq deyiləm!"

Bu futbolçu yayda “Zirə”yə KEÇƏCƏK

Bu futbolçu yayda “Zirə”yə KEÇƏCƏK

“Quru meyvə” yükünün içərisində narkotik keçirmək istədilər – VİDEO

“Quru meyvə” yükünün içərisində narkotik keçirmək istədilər – VİDEO

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

Bu rayonda 3 saat işıq olmayacaq

Bu rayonda 3 saat işıq olmayacaq

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Zakir Həsənov Moskvada - FOTO

Zakir Həsənov Moskvada - FOTO

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

KİV: İranın hələ də minlərlə dron və raketi var

KİV: İranın hələ də minlərlə dron və raketi var

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

End of content

No more pages to load

RADİO