Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov elan edib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz,
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz,
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz,
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.