Nazir TÜRKPA-nın Müşahidə Missiyasının rəhbərini Prezident seçkilərinə hazırlıq işləri barədə MƏLUMATLANDIRIB - FOTO

Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis edildiyi diqqətə çatdırılıb.
Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib.

Keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

AFFA balansında olan bu sahəyə 4 milyondan çox pul xərcləyib

AFFA balansında olan bu sahəyə 4 milyondan çox pul xərcləyib

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

Novruz Məmmədov işdən çıxdı

Novruz Məmmədov işdən çıxdı

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Corat sakinlərinin NƏZƏRİNƏ

Corat sakinlərinin NƏZƏRİNƏ

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

İran Gürcüstana xəbərdarlıq etdi

İran Gürcüstana xəbərdarlıq etdi

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİ – RƏSMİ

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİRƏSMİ

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

End of content

No more pages to load

RADİO