Ceyhun Bayramov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb - FOTO

6 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının Təşkilat çərçivəsində ölkəmizin aktivliyini şərtləndirdiyini, habelə qarşılıqlı dialoqa töhfə verdiyini bildirib.

Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə Təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib.

Azərbaycanın Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyi, bu istiqamətdə iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və s. sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin vacibliyi qeyd olunub.
Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq ekologiya sahəsində geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərinin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirilməsinin, habelə işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaqlarında seçki hüquqlarını həyata keçirməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.

Baş katib Can Min növbədənkənar Prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edərək seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən yeniyetmələr SAXLANILDI

Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən yeniyetmələr SAXLANILDI

Çində TRAGİKOMİK HADİSƏ – Qumbaranı yanlışlıqla komandirlərə atdı – VİDEO

Çində TRAGİKOMİK HADİSƏ – Qumbaranı yanlışlıqla komandirlərə atdı – VİDEO

Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

AFFA balansında olan bu sahəyə 4 milyondan çox pul xərcləyib

AFFA balansında olan bu sahəyə 4 milyondan çox pul xərcləyib

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

Novruz Məmmədov işdən çıxdı

Novruz Məmmədov işdən çıxdı

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Corat sakinlərinin NƏZƏRİNƏ

Corat sakinlərinin NƏZƏRİNƏ

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

İran Gürcüstana xəbərdarlıq etdi

İran Gürcüstana xəbərdarlıq etdi

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİ – RƏSMİ

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİRƏSMİ

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

End of content

No more pages to load

RADİO