Fransanın ölkəmizə qarşı HÜCUM PLANI – Ermənistan bu istiqamətdə TƏXRİBAT TÖRƏDƏCƏK...

Fransa Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaq üçün bütün imkanlarını səfərbər edib. Səfərbərlik həm siyasi, həm iqtisadi, həm də diplomatik sahədə davam etdirilir. Yelisey sarayındakılar Ermənistana dəstək adı ilə beynəlxalq hüquqa tüpürərək öz çirkin əməllərindən əl çəkmirlər. 

Heç bir təxribat cavabsız qalmayacaq

Ən pisi də odur ki, Fransanın ictimai-siyasi həyatındakı canfəşanlıq heç Ermənistanda belə müşahidə edilmir. Məsələn, Fransa Milli Assambleyasında Qarabağın müstəqilliyinin tanınması ilə bağlı müzakirələr aparılır. Fransız senatorlar bu məsələni tezliklə parlamentin plenar iclasına çıxarmaq istəyir. Halbuki, Ermənistan parlamenti bu barədə son 35 ildə heç zaman düşünməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ölkəmizlə bağlı SENSASİON PLANI – “Ermənistan bu istiqamətdə savaşa başlayacaq” – VİDEO 


Amma Fransa bir məsələni diqqətdən qaçırır ki, Milli Assambleya belə bir addım atsa, onda Azərbaycanın adekvat addımları ilə üzləşməli olacaq. Nəzərə alaq ki, Milli Məclis hələ bir müddət əvvəl bəyan etmişdi ki, Assambleyanın təxribat xarakterli addımına Azərbaycanın iqtisadi sanksiyaları ilə cavab veriləcək. 

Yada salaq ki, Fransanın məşhur “Total” şirkəti “Əsrin müqaviləsi”nin əsas iştirakçılarındandır və Azərabaycana yüz milyonlarla investisiya yatırıb. Azərbaycanın tətbiq edəcəyi sanksiyalar “Total” şirkəti üçün çox böyük zərbə olar. 
Qeyd edək ki, bu şirkət Fransanın iqtisadi-siyasi həyatında müstəsna rola malikdir. Onu da bildirək ki, Azərbaycanda 40-dan artıq iri Fransa şirkəti fəaliyyət göstərir. Fransanın düşünülməmiş istənilən addımı bu şirkətlərin qeyd-şərtsiz Azərbaycandan getmək məcburiyyətində qoya bilər. 

Bununla belə Fransa dayanmaq fikrində deyil.

Hazırda Ermənistan Fransa tərəfindən həm silahlandırılır, həm də erməni hərbçilərə təlimlər keçilir. Bütün bunlarla kifayətlənməyən rəsmi Paris özünün və Avropa İttifaqının Ermənistandakı “missiya”sının sayını günbəgün artırır. Bir il qabaq 5-10 nəfər olan “müşahidəçi missiya” hazırda 500 nəfərə çatmaqdadır. Baxmayaraq ki, son aylar təmas xəttində nisbi sakitlikdir. 

Nəhayət ki, ermənilər təxribatlardan yorulub, sakit oturublar. Amma fransızlar ermənilərdən fərqli olaraq yorulmaq bilmir. Ermənistana gələn “müşahidəçilər” tez-tez təmas xəttində peyda olur, buradan müşahidələr aparırlar. Qərb, xüsusən də, Fransa Avropa İttifaqının (Aİ) Ermənistandakı “missiyasını” mülki missiya kimi təqdim edir. Lakin artıq heç kimə sirr deyil ki, “mülki missiya”nın tərkibində kifayət qədər hərbçi var. 

Xüsusən də, Fransanı təmsil edən missiya nümayəndələrinin arasında hətta generalların olması öz təsdiqini tapıb. Məsələn, Fransa jandarmeriyasının briqada generalı Uilyam De Meyer hazırda Ermənistan-Azərbaycan sərhədindədir. Bir neçə gün əvvəl o utanıb-çəkinmədən təmas bölgəsindən fotolar paylaşıb. 

Qəribədir ki, Ermənistan mətbuatı da bu faktı məmnunluqla tirajlayır. Məsələn, Aİ-nin Ermənistandakı “mülki missiyası”nın mətbuat xidmətinin “X” platforması üzərindən yaydığı qısa məlumatda deyilir ki, Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib:

“Vilyam De Meyer Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə edib, ermənilər onu durumla bağlı məlumatlandırıblar”.

Uilyam De Meyer sadəcə Fransa Milli Jandarmeriyasının briqada generalı deyil. Bu general paralel olaraq həm də Fransanın Xarici İşlər Nazirliyinin Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq üzrə İdarəsinin direktorunun müavinidir. Bundan əvvəlsə o, Brüsseldə Avropa Xarici əlaqələr Xidmətində təhlükəsizlik və müdafiə məsələləri üzrə fəaliyyət göstərib. 1 mart 2023-cü il tarixində etibarən isə, Meyer həm də Fransanın Xarici Missiyalar üzrə Jandarma Komandanlığının (CGMEx) yeni rəhbəri təyin edilib.

Əlavə şərhə ehtiyac yoxdur...

Fransa lokal hərbi kontingenti ilə Ermənistana yerləşib və bu ölkəni Azərbaycana qarşı yeni müharibəyə təşviq edir. Üstəlik, yerdən və orbitdən Azərbaycan ordusunun hərəkəti izlənilir və bu barədə Ermənistana davamlı məlumatlar ötürülür. Bu isə o deməkdir ki, Fransanın Ermənistandakı fəaliyyəti “müşahidəçi missiya”nın vəzifələrini artıq çoxdan aşıb. Bu da Fransa ikiüzlülüyünün və riyakarlığının əyani sübutudur. 

Bundan başqa Fransa Ermənistanı sürətlə silahlandırır. Bu silahlandırma birbaşa və dolayısı ilə aparılır. Əldə edilən ən son məlumat ondan ibarətdir ki, Fransa hərbi sursatları birbaşa və Hindistan üzərindən Ermənistana göndərir. Bu işə İran da Fransa və Hindistana yaxından dəstək verir. Təsadüfi deyil ki, İran ərazisindən son vaxtlar Ermənistana silah daşınması ilə bağlı xeyli sayda videogörüntülər yayılıb.

Fransa öz çirkin oyununa Aİ-nin digər ölkələrini də cəlb edir. 

Məsələn, bu günlərdə Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub. Dördayaqlının keçə bilmədiyi minalanmış ərazini bir çexiyalının rahat şəkildə keçməsi xeyli suala aydınlıq gətirir. Aydın olur ki, Aİ-nin yeni agentura şəbəkəsi fəaliyyətə başlayıb. 

Bu şəbəkənin “səmərəli” fəaliyyəti üçün Ermənistan Fransanın köməyi ilə bütün imkanları yaradır. Çexiyalı “turist” də məhz bu imkanlardan yararlanaraq Azərbaycan ərazisinə keçib. Hazırda Azərbaycanın xüsusi xidmət orqanları bu faktı araşdırır. Yəqin ki, araşdırmalardan sonra bu faktın da arxasından Fransa çıxacaq.

Amma Fransanın etdikləri bununla bitmir. 

Məsələn, Fransa Ermənistanda yeni kəşfiyyat xidməti yaradıb. Bu “xidmət” Aİ-nin dəstəyi ilə Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığı ilə bağlı davamlı hesabatlar hazırlayır. Ən pisi də odur ki, Fransa Ermənistanın yeni hücum planını hazırlayır. İlkin ehtimallara görə yeni hücum Cermuxdan başlayacaq. Əsas hədəf isə Azərbaycan-Ermənistan sərhədində ordumuzun nəzarətində olan hakim yüksəklikləri ələ keçirməkdir. 

Bir sözlə, Fransa açıq şəkildə Azərbaycana qarşı hücuma hazırlaşır. Amma Fransa unudur ki, belə bir cəhd olsa, Azərbaycanın cavabı çox amansız olacaq. Yeni müharibə cəhdi hətta Ermənistanın sonunu da gətirə bilər. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Superliqası: "Fənərbağça" xal itirdi

Türkiyə Superliqası: "Fənərbağça" xal itirdi

Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

"Yuventus" "Napoli"yə qalib gəldi

"Yuventus" "Napoli"yə qalib gəldi

Stressi məğlub etməyin təbii yolları - Nəfəs, təbiət və bitkilər

Stressi məğlub etməyin təbii yolları - Nəfəs, təbiət və bitkilər

“Qalatasaray” onu heyətinə qatdı

“Qalatasaray” onu heyətinə qatdı

"Mançester Yunayted" səfərdə "Arsenal"ı məğlub etdi

"Mançester Yunayted" səfərdə "Arsenal"ı məğlub etdi

HAMAS son girovun dəfn olunduğu yeri İsrail tərəfinə bildirdi

HAMAS son girovun dəfn olunduğu yeri İsrail tərəfinə bildirdi

“Qalatasaray”la Ali Koç arasında vəziyyət gərginləşdi

“Qalatasaray”la Ali Koç arasında vəziyyət gərginləşdi

“ChatGPT”dən istifadə etdiyi üçün klubdan qovuldu

“ChatGPT”dən istifadə etdiyi üçün klubdan qovuldu

Qar yağan kimi işıqlar niyə sönür? - VİDEO

Qar yağan kimi işıqlar niyə sönür? - VİDEO

Xərçəngə qarşı ŞOK İNQİLAB

Xərçəngə qarşı ŞOK İNQİLAB

Müasir Azərbaycan gənci hansı dilləri bilməlidir?

Müasir Azərbaycan gənci hansı dilləri bilməlidir?

Samuxda qəssab kəsici alətlə xəsarət aldı

Samuxda qəssab kəsici alətlə xəsarət aldı

Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı - VİDEO

Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı - VİDEO

ABŞ-dan şok etiraf: Ukrayna savaşı Rusiyanı zəiflətmədi

ABŞ-dan şok etiraf: Ukrayna savaşı Rusiyanı zəiflətmədi

Mustafa Cecelinin Bakıdakı ifası müzakirə yaratdı - VİDEO

Mustafa Cecelinin Bakıdakı ifası müzakirə yaratdı - VİDEO

Uitkoff: “ABŞ İsraillə Trampın Qəzza planını müzakirə etdi”

Uitkoff: “ABŞ İsraillə Trampın Qəzza planını müzakirə etdi”

Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

Zelenski: “Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək”

Zelenski: “Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək”

Sumqayıtdakı həmin məmuru "Komedixana"da belə parodiya etdilər — VİDEO

Sumqayıtdakı həmin məmuru "Komedixana"da belə parodiya etdilər — VİDEO

Daşaltı faciəsindən Şuşa zəfərinə STRATEJİ BAXIŞ - VİDEO

Daşaltı faciəsindən Şuşa zəfərinə STRATEJİ BAXIŞ - VİDEO

Bəhreyn Krallığında Anlaşma Memorandumu imzalandı

Bəhreyn Krallığında Anlaşma Memorandumu imzalandı

Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

"Barselona" rahat qələbə qazandı

"Barselona" rahat qələbə qazandı

End of content

No more pages to load

RADİO