“İnanırıq ki, Azərbaycan xalqı düzgün seçimini edərək ölkənin tərəqqisi, rifahı naminə layiqli namizədinə səs verəcək”.
Bizim.Media xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini, MDB PA-nın beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanov bildirib.
O, seçkilərin Azərbaycan qanunvericiliyin tələblərinə uyğun, beynəlxalq standartlar çərçivəsində keçiriləcəyinə inandıqlarını qeyd edib.
Bizim.Media